"Real" Mbappenin dublu sayəsində "Sevilya"nı darmadağın etdi

İdman
19, okt, 2026 01:41

İspaniya La Liqasının IX turunda Madridin "Real" klubu doğma meydanda "Sevilya"nı 4:1 hesabı ilə məğlub edib.

Aftv.az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən görüşdə hesabı 30-cu dəqiqədə Arda Güler açıb. Yarımmüdafiəçi Yan Diomandenin ötürməsindən sonra dəqiq zərbə ilə fərqlənib.

37-ci dəqiqədə hücumçu Kilian Mbappe qapıçı ilə dueldən qalib ayrılaraq "Real"ın üstünlüyünü ikiqat artırıb. 63-cü dəqiqədə isə fransalı futbolçu özü qazandığı penaltini qola çevirib.

80-ci dəqiqədə "Sevilya"nın yarımmüdafiəçisi Manuel Bueno fərqi azaldıb. Lakin cəmi iki dəqiqə sonra Yan Diomande Madrid klubunun dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra "Real" 21 xalla La Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Sevilya" isə 14 xalla altıncı yerdədir.

Növbəti turda Madrid klubu səfərdə özündən altı xal öndə olan "Barselona" ilə qarşılaşacaq.

Son xəbərlər

İnfantino üzr istədi
15, okt, 2026 22:41