Qazaxda avtomobil 12 yaşlı qızı vurdu

Hadisə
17, okt, 2026 19:31

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

İnfantino üzr istədi
15, okt, 2026 22:41