Batrakov "Barselona"ya təklif olunubmuş

İdman
17, okt, 2026 16:07

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib.

Ekologiyatv.info bu barədə "Matç TV"yə istinadən xəbər verir.

Korneyev Kataloniya təmsilçisinin rəhbərliyində yer alan Deku və baş məşqçi Hans-Diter Flikin futbolçunun imkanlarına bələd olduğunu vurğulayıb:

"Mən Batrakovu "Barselona"ya təklif etmişdim. Deku onu tanıyır, yəqin ki, Flik də həmçinin. Görünür, İspaniya klubunda hələlik bunun üçün tez olduğunu düşündülər", - deyə Korneyev qeyd edib.

Xatırladaq ki, Aleksey Batrakovun "Lokomotiv Moskva"dan "Qalatasaray"a transferi rəsmi olaraq avqustun 20-də açıqlanıb. 21 yaşlı yarımmüdafiəçi ilə İstanbul klubu arasında 5 illik müqavilə imzalanıb.

Son xəbərlər

İnfantino üzr istədi
15, okt, 2026 22:41