"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna ödənişsiz avtobuslar ayrılacaq

Cəmiyyət
19, okt, 2026 22:18

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə ödənişsiz avtobuslar təşkil olunacaq. Aftv.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, avtobuslar saat 17:00-dan etibarən aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək: "Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi - Bakı Olimpiya Stadionu; "Qara Qarayev" metro stansiyası - Bakı Olimpiya Stadionu. Eyni zamanda, oyun bitdikdən sonra Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək. Qeyd edək ki, "Sabah" - "Borussiya Dortmund" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Son xəbərlər

İnfantino üzr istədi
15, okt, 2026 22:41