İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı

Dünya
17, okt, 2026 15:59

İstanbulda fasiləsiz yağışların törətdiyi sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı beşə çatıb.

Ekologiyatv.info-nun xəbərinə görə, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Verilən məlumata əsasən, daha dörd nəfər itkin düşüb. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi itkin düşən şəxslərdən birinin sağ olaraq tapıldığını bəyan edib.

Qeyd edək ki, artıq bir neçə gündür Türkiyənin müxtəlif şəhərlərində davam edən kəsilməz yağışlar ciddi dağıntılara və fəsadlara səbəb olub. Yağıntıların bundan sonra da davam edəcəyi proqnozlaşdırılır.

Bu, İstanbul şəhərinin son 84 ildə üzləşdiyi ilk bu dərəcədə güclü leysandır.

Son xəbərlər

İnfantino üzr istədi
15, okt, 2026 22:41