İnfantino üzr istədi

İdman
15, okt, 2026 22:41

FIFA prezidenti Canni İnfantino dünya çempionatının keçirilmə hüquqlarının bir hissəsinin satılması planına görə təşkilatın şurasından üzr istəyib.

Ekologiyatv.info ESPN telekanalına istinadən xəbər verir ki, İnfantino Şura üzvləri qarşısında çıxışı zamanı tənqidçilərindən üzr istəsə də, dünya çempionatının keçirilmə hüquqlarının satışı və ABŞ millisinin hücumçusu Folarin Baloqanın qırmızı vərəqəsinin ləğvi məsələləri ilə bağlı yeni məlumat verməyib.

FIFA-nın vitse-prezidenti Debbi Hyuit isə məsələ ilə bağlı sərt mövqe nümayiş etdirib:

"Bu şəxs suallara cavab verməlidir. Əgər cavab verməyəcəksə, deməli, FIFA prezidenti vəzifəsini tutmaq üçün yararsızdır".

Son xəbərlər

İnfantino üzr istədi
15, okt, 2026 22:41