"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"

İdman
12, okt, 2026 18:31

"Hər kəs "Sabah"dan qələbə gözləyir".

Aftv.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya Praqa"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

O, azarkeşlərin və futbol ictimaiyyətinin komandadan uğurlu nəticə gözlədiyini vurğulayıb:

"Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir. Sabah meydanda hər şey baş verə bilər. Əsas məsələ oyun planımızı həyata keçirmək və üç xal qazanmaqdır".

Dambrauskas rəqibin oyun üslubuna da toxunaraq "Slaviya"nın hücum futboluna üstünlük verdiyini qeyd edib:

"Slaviya"nın çox yaxşı oyun üslubu var. Onlar bu qarşılaşmaya ciddi hazırlaşıblar. Bizi yorulmaq bilməyən komandaya qarşı çətin mübarizə gözləyir. Rəqib hücumameyillidir. Buna baxmayaraq, öz gücümüzə inanırıq. Düşünürəm ki, oyunda rəqibin zəif tərəflərini müəyyənləşdirə biləcəyik".

Qeyd edək ki, "Sabah" - "Slaviya Praqa" matçı oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq

Son xəbərlər