Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq

Dünya
19, okt, 2026 01:37


Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casem Məhəmməd əl-Bədəvi İranın üzv dövlətlərə qarşı təkrarlanan hücumlarını pisləyib.

Aftv.az "Azad İran"ın "Telegram" kanalına istinadən xəbər verir ki, əl-Bədəvi bu barədə Manamada keçirilən Şuranın Nazirlər Şurasının iclasında danışıb. O, hücumların üzv ölkələrin suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib.


Əl-Bədəvi vurğulayıb ki, İranın KƏŞ-ə üzv dövlətlərə qarşı hücumlarına göz yummaq olmaz. Onun sözlərinə görə, bu hərəkətlər həmin ölkələrin təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid yaradır.

KƏŞ-in baş katibi Hörmüz boğazındakı vəziyyətə də toxunub. O bildirib ki, İranın hərəkətləri boğazda gəmiçiliyin təhlükəsizliyini təhdid edir. Əl-Bədəvinin sözlərinə görə, bu mühüm beynəlxalq su yolundan təzyiq vasitəsi kimi istifadə cəhdləri beynəlxalq ticarət və qlobal enerji təchizatı üçün ciddi risklər yaradır.

Son xəbərlər

İnfantino üzr istədi
15, okt, 2026 22:41