"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi

İdman
11, okt, 2026 19:28

Misli Premyer Liqasının VII turunda "Qarabağ" səfərdə "İmişli" ilə qarşılaşıb.

Aftv.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın qələbəsi ilə başa çatıb - 0:2.

Qolları 59-cu dəqiqədə Aleksey Kaşuk və 88-ci dəqiqədə Jali Muaddib vurublar.

Bu nəticədən sonra Ağdam təmsilçisi 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 4 xalı olan "İmişli" isə doqquzuncudur.

Qeyd edək ki, bu, "Qarabağ" futbol klubunun Azərbaycan çempionatları tarixində 1 000-ci oyunu olub.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.

Son xəbərlər