Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı

Dünya
22, iyl, 2026 14:50

Narkoterrorizm, silah və narkotik qaçaqmalçılığında təqsirləndirilən Venesuelanın sabiq rəhbəri Nikolas Maduronun işi üzrə məhkəmə prosesi iyulun 22-də Nyu-Yorkda baş tutacaq.
Aftv.az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.
Əvvəlcə məhkəmə iclasının iyun ayının 30-na təyin edilməsi nəzərdə tutulmuşdu. Ancaq iyunun 16-da prokurorluq prosesin üç həftəlik təxirə salınması üçün vəsatət qaldırıb. Prokuror Cey Kleyton bu addımı logistika, planlaşdırma problemlərinin həlli və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurəti ilə əlaqələndirib.
Nyu-Yorkun Cənub Dairə Məhkəməsinin hakimi Elvin Hellerştayn prokurorluğun bu tələbini qəbul edib.
Qeyd edək ki, yanvarın 3-də Amerika Birləşmiş Ştatları Venesuelada irimiqyaslı əməliyyatreallaşdırıb və bunun nəticəsində Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. Donald Tramp Maduro və Floresin Birləşmiş Ştatlara təhdid yaratmaq və narkoterrorizm ittihamları üzrə hakim qarşısına çıxacaqlarını vurğulayıb. Ölkənin müvəqqəti lideri kimi isə vitse-prezident Delsi Rodriges elan olunub.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00