Naxçıvanda ağır qəza: Azyaşlı həlak oldu, çox sayda yaralı var

Hadisə
20, okt, 2026 23:09

Culfa rayonunda üç avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Aftv.az Oxu.az-a istinadən xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü Səid Səlim oğlu Quliyev isə həyatını itirib.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

İnfantino üzr istədi
15, okt, 2026 22:41