"Bu, çox pis hadisədir. Danışılası deyil. Əlbəttə, səbəbləri araşdırmalıdır".
Bu sözləri Bakupost.az-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov 4 minə yaxın müəllimin sertifikasiya imtahanından kəsilməsi haqqında danışarkən deyib.
Sabiq nazir bildirib ki, bununla bağlı mətbuatda yazılanlar və təhsil ekspertlərinin açıqlamaları ilə tanışdır:
"Deyirlər ki, suallar çox asan idi. Asan idisə, niyə belə oldu? Nəticəni araşdırırıq, amma nəticəyə səbəb olanları araşdırmırıq. Ona görə də suallar məsələsi hökmən araşdırılmalıdır. Suallar necə imiş, imtahan hansı şəraitdə aparılıb, kim edib o imtahanı? İstənilən halda 4 min adamın sentyabrda məktəbə getməməsi çox pis haldır. Bəs onların yerinə kim gedəcək?! Gedən adamlar onlardan səviyyəlimi olacaq? Bəs bunlar necə müəllimliyə qəbul olunublar? Bunlara imtahan edib, qiymət verənlər kimlərdir? Bunlar araşdırılmalıdır ki, qarşıda gələn müddətdə belə hallar olmasın".
Sabiq nazir vurğulayıb ki, bu, müəllimi cəmiyyətin, valideyn, şagird və tələbələrin gözündən salmaqdır:
"Bu, bütövlükdə təhsil sisteminə ağır zərbədir. Ümumiyyətlə, hamı bilməlidir ki, istər şagird, istər müəllimin biliyinin qiymətləndirilməsi prosesi təhsilin ayrılmaz bir hissəsidir. İstənilən halda o proses təhsilin inkişafına xidmət etməlidir. Məsələn, biz oxuduğumuz müddətdə tanınmış, ağsaqqal pedaqoqlar bizə sual verəndə sualı elə qururdular ki, sualın cavabının 75 faizi onun içində olurdu. Elə müəllimlər də var idi ki, qəsdən uşağa elə sual verirdi ki, onu həll etmək üçün xüsusi bir əvəzləmə etməli idi. O da əgər yadına düşsə... Yəni belə hallar olub. Amma olmamalıdır. Sertifikasiyanın suallarının necə olduğunu bilmirəm. Amma sual verən də elə verməlidir ki, heç olmasa, imtahana girənin yarısı ondan çıxsın. Əgər ondan çıxa bilməyəcəksə, o imtahandan sənin nə xeyrin oldu?"
Aftv.az
Misir Mərdanov imtahandan kəsilən müəllimlər barədə: "Bu, onları cəmiyyətin gözündən salmaqdır"
Təhsil
12, iyn, 2024
18:47
Son xəbərlər
İnfantino üzr istədi
15, okt, 2026
22:41
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30