Əmək münasibətlərində işçinin qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etməsi yalnız onun təşəbbüsündən və ya müraciətindən asılı deyil. Əmək qanunvericiliyi işəgötürəndən işçinin əmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şəraiti yaratmağı, o cümlədən işçinin əmək təminatlarının tətbiqini tələb edir.
Aftv.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Məhkəmənin şərhində bildirilib ki, bəzən işəgötürənlər işçinin əlilliyi və ya digər xüsusi statusu barədə məlumat vermədiyini, yaxud müvafiq sənədləri təqdim etmədiyini əsas gətirərək həmin təminatların tətbiq edilməməsini əsaslandırmağa çalışırlar:
"Lakin bu yanaşma əmək qanunvericiliyinin məqsədlərinə uyğun deyil.
Ali Məhkəmə tərəfindən baxılmış əmək mübahisəsində öncəki məhkəmələr işçinin ikinci qrup əlilliyi olduğu halda onun uzun müddət ərzində həftədə 40 saat işlədiyini müəyyən ediblər. Halbuki əmək qanunvericiliyinə əsasən, belə işçilər üçün həftəlik iş vaxtı 36 saatdan artıq olmamalıdır. İşəgötürən işçinin əlilliyi barədə məlumatsız olduğunu bildirib, lakin məhkəmələr tərəfindən bu arqument əsaslı sayılmayıb və işçiyə qanunla müəyyən edilmiş normadan artıq işlədiyi saatlara görə əlavə əmək haqqı ödənilməsi barədə tələb təmin edilib.
İşçi hüquqi biliklərinin məhdud olması səbəbindən qanunvericiliyin ona verdiyi bütün əmək hüquqlarını və təminatları bilməyə, hətta müəyyən hüquqi statusa malik olmasına baxmayaraq, bunun əmək münasibətlərində hansı hüquqi nəticələr doğurduğundan xəbərsiz ola və işəgötürəndən hansı təminatları tələb etmək hüququnun olduğunu bilməyə bilər.
İşəgötürən isə əmək münasibətlərində təşkilati, hüquqi və informasiya baxımından daha güclü tərəfdir. O, peşəkar idarəetmə imkanlarına, insan resursları xidmətinə və hüquqşünas dəstəyinə malik olmaqla əmək qanunvericiliyinin tələblərini bilməli və tətbiq etməlidir.
Əmək qanunvericiliyi məhz işçinin əmək münasibətlərində daha zəif tərəf olmasını nəzərə alaraq işəgötürənin üzərinə pozitiv öhdəlik qoyur. Belə ki, qanunla nəzərdə tutulmuş təminatların tətbiqi işəgötürənin aktiv davranışını tələb edir.
Bunun üçün işəgötürən əmək müqaviləsi bağlanarkən və əmək münasibətləri dövründə işçinin hüquqi statusunu müəyyən etməli, bununla bağlı zəruri məlumatları toplamalı və qanunvericilikdən irəli gələn təminatları tətbiq etməlidir. İşçinin bunu xatırlatmaması və ya ayrıca tələb etməməsi həmin öhdəlikləri aradan qaldırmır".
Beləliklə, "işçi bizə məlumat verməmişdi" və ya "sənəd təqdim etməmişdi" kimi arqumentlər işəgötürənin əmək qanunvericiliyindən irəli gələn öhdəliklərini aradan qaldırmır.
Bu baxımdan işə qəbul zamanı işəgötürənin aşağıdakı məsələləri dəqiqləşdirməsi mühüm əhəmiyyət kəsb edir:
- işçinin əlilliyi və ya qanunla əmək təminatları yaradan digər statuslarının olub-olmaması;
- həmin halları təsdiq edən sənədlərin mövcudluğu;
- müəyyən edilmiş statusa uyğun olaraq iş vaxtının, məzuniyyət hüquqlarının və digər əmək təminatlarının düzgün tətbiqi.
İşəgötürənin qanunla nəzərdə tutulmuş təminatları vaxtında və düzgün tətbiq etməsi həm işçilərin hüquqlarının, sosial ədalətin təmin edilməsinə, həm də gələcək əmək mübahisələrinin qarşısının alınmasına xidmət edir".
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
Cəmiyyət
21, iyl, 2026
14:35
Son xəbərlər
Qubada qaydaları pozan qazilər həbs edildilər
22, okt, 2026
19:14
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
22, okt, 2026
19:12
Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
22, okt, 2026
19:11
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb
22, okt, 2026
19:02
Amnistiyaya düşən kişi arvadını döydü
22, okt, 2026
19:00
"Real Madrid" "Qızıl top"la bağlı mövqeyini dəyişdi
22, okt, 2026
18:58
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22, okt, 2026
18:56
Kirayə mənzil mexanizmində dəyişiklik: Yeni şərtlər açıqlandı
21, okt, 2026
17:13
Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
21, okt, 2026
17:11
"Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş
21, okt, 2026
17:06
Naxçıvanda ağır qəza: Azyaşlı həlak oldu, çox sayda yaralı var
20, okt, 2026
23:09
Messi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasında
20, okt, 2026
23:05
Bakıda iki nəfəri əqrəb sancdı
20, okt, 2026
23:01
"Fənərbağça" "Slaviya Praqa" ilə matçda qələbəni son dəqiqədə əldən verdi
20, okt, 2026
22:58
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
19, okt, 2026
23:31
Parisdə komendant saatı elan olundu
19, okt, 2026
23:27
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
19, okt, 2026
23:24
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub - Foto
19, okt, 2026
23:22
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna ödənişsiz avtobuslar ayrılacaq
19, okt, 2026
22:18
Navainin vəkili danışdı: "Təqsirini boynuna alıb-almamaq öz ixtiyarındadır"
19, okt, 2026
21:42
İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"
19, okt, 2026
21:37
Plastik tullantılardan peçenye hazırlanır?
19, okt, 2026
01:46
"Real" Mbappenin dublu sayəsində "Sevilya"nı darmadağın etdi
19, okt, 2026
01:41
Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
19, okt, 2026
01:37
Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
17, okt, 2026
19:34