Dövlət xəstəxanalarında həkim qəbuluna düşmək vətəndaşlar üçün ciddi problemə çevrilib. Səhər tezdən növbəyə duran, saatlarla gözləyən, buna baxmayaraq həkim qəbuluna düşə bilməyən insanların sayı az deyil. Bəzi hallarda uzun növbələr xəstələrin müayinəsini günlərlə, hətta həftələrlə gecikdirir. Xüsusilə yaşlılar, xroniki xəstələr və azyaşlı uşaqlarla gələn valideynlər bu vəziyyətdən əziyyət çəkdiklərini bildirirlər. İcbari tibbi sığortanın tətbiqindən sonra xidmətə əlçatanlığın artacağını gözləyən vətəndaşlar xəyal qırıqlığına uğradıqlarını deyirlər.
Mövcud mənzərə dövlət tibb müəssisələrində növbələrin idarə olunması, həkim çatışmazlığı və xidmətin təşkili ilə bağlı sualları yenidən gündəmə gətirir.
Aftv.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Ağır xəstələr borc-xərclə özəl klinikalara gedirlər"
Həkim-terapevt Məlahət Abbasovanın fikrincə, xəstəxanalarda xəstə növbələrinin səbəblərindən biri xəstələrin ağırlıq, orta və yüngülük dərəcələrinə görə bölüşdürülməməsidir: "Bunun üçün müəyyən bir sistem qurulmalıdır. Yüngül xəstə gözləyə və ya 5-10 gündən sonra da müayinəyə düşə bilər. Amma kəskin ağrı ilə gələn xəstənin gözləməsi bəzən onun üçün həyati təhlükə yarada bilər. Xəstə növbəsinə görə bəzən ağır xəstələr borc-xərclə özəl klinikalara gedirlər". Həkim növbələrin yaranmasına görə, insanları da qınayır: "Xəstələr var ki, lazım oldu-olmadı müayinəyə gəlirlər. Bəzisi profilaktik müayinədən keçməlidir. Həkim ona məsləhət görməsə də "MRT-dən keçməliyəm, yazmasan şikayət edəcəyəm" deyə inadkarlıq edir. Bu cür səbəblərdən MRT üçün növbə yaranır. Bu aparatdan gün ərzində 10 adam keçə bilir. Qoy müayinədən daha çox ehtiyacı olanlar keçsin". M.Abbasovanın sözlərinə görə, Naxçıvan, Gəncə və başqa iri şəhərlərdə yaxşı təchiz olunmuş xəstəxanalar olsa da, xəstələr daha çox Bakıdakı həkimlərə inanır, buradakı müayinə və müalicənin daha effektiv ola biləcəyinə ümid edirlər.
Bakıda əhali sayına nisbətdə xəstəxanalar azdır
Həkim-terapevt əhali sayına görə xəstəxanaların az olduğunu da etiraf edir: "Son illər Bakının əhalisi xeyli artıb. Rayonlardan Bakıya köçənlər çoxdur. Əhali çoxluğuna görə xəstəxanalar azlıq təşkil edir". M.Abbasova hesab edir ki, xəstəxanalarda növbələrin tənzimlənməsi üçün inzibati qaydada qərarlar qəbul olunmalıdır: "Elektron növbə sisteminin dəqiq işləməsi də növbə məsələsində effekt verə bilər. Amma hələ ki, sistem tam mərkəzləşmiş və hər yerdə eyni şəkildə işləyən vahid platforma kimi çalışmır".
"Əsas vəzifə artan tələbatı yeni resurslarla balanslaşdırmaqdır"
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra xidmətə əlçatanlığın artması eyni zamanda, müraciət sayının da kəskin yüksəlməsinə səbəb olub: "Bu da növbələrin yaranmasına gətirib çıxarıb. Xüsusilə kardiologiya, nevrologiya, endikrinologiya, oftalmologiya, MRT və KT kimi xidmətlər üzrə tələbat daha yüksəkdir. Bu problemi yalnız mənfi hal kimi qiymətləndirmək düzgün olmaz. Bu, müəyyən mənada insanların artıq sistemə etibar etdiyini və xidmətlərdən daha fəal istifadə etdiyini göstərir. İndi əsas vəzifə artan tələbatı yeni resurslarla balanslaşdırmaqdır".
"Bölgələrdə kadr təminatının gücləndirilməsi vacibdir"
M.Məmmədlinin sözlərinə görə, Milli Məclisdə səhiyyə sahəsi ilə bağlı müzakirələr zamanı xidmətə əlçatanlıq, vətəndaş məmnunluğu, kadr çatışmazlığı və növbələrin idarə olunması məsələləri dəfələrlə qaldırılıb: "Bir necə dəfə parlament dinləmələri keçirilib. Deputatlar tərəfindən müxtəlif bölgələrdən daxil olan müraciətlər əsasında bu problemlər aidiyyəti qurumların diqqətinə çatdırılıb". Millət vəkilinin fikrincə, dövlət xəstəxanalarında xidmətə əlçatanlığın artırılması üçün ilk növbədə, həkim və orta tibb işçilərinin sayının artırılması və ya optimallaşdırılması, xüsusilə bölgələrdə kadr təminatının gücləndirilməsi vacibdir: "Eyni zamanda, ailə həkimliyi institutunun tam tətbiqi bir çox müraciətlərin ixtisaslaşmış xəstəxanalara yönəlməsinin qarşısını ala bilər. Bundan başqa, elektron növbə sisteminin təkmilləşdirilməsi, iş vaxtının daha çevik təşkili, axşam və həftəsonu ambulator qəbul imkanlarının genişləndirilməsi, diaqnostik xidmətlərin gücünün artırılması və özəl tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə daha geniş inteqrasiyası da növbələrin azalmasına mühüm töhfə verə bilər". Millət vəkili bildirir ki, növbələr probleminin həlli yalnız yeni xəstəxanaların tikilməsi ilə deyil, resursların düzgün idarə olunması, insan resurslarının artırılması və xidmətlərin səmərəli təşkili ilə mümkündür.
TƏBİB onlayn növbə sistemi qurur
TƏBİB-dən xəstəxanalardakı növbələrlə bağlı sorğumuza cavab olaraq bildirildi ki, qurumun tabeli tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:
"Vətəndaşların tibb müəssisələrinə müraciətləri zamanı vaxt itkisinin qarşısının alınması məqsədilə onlayn növbə sistemi tətbiq edilir. Bu sistem vətəndaşların həkim qəbuluna əvvəlcədən növbə götürməsinə imkan yaradaraq tibb müəssisələrində sıxlığın azalmasına, qəbul prosesinin daha nizamlı təşkilinə və xidmətin operativliyinin artırılmasına xidmət edir. Hazırda onlayn növbə sistemi Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Nizami Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Xətai Tibb Mərkəzində tam istifadəyə verilib. Sistem mərhələli şəkildə tətbiq olunur və qısa müddət ərzində digər TƏBİB tabeli tibb müəssisələrində də istifadəyə verilməsi nəzərdə tutulur". Qurumdan verilən məlumata görə, onlayn növbə sisteminin tətbiqinin şəffaf və planlı təşkili məqsədilə vətəndaşlardan daxil olan şikayətlər müvafiq struktur bölmələr tərəfindən araşdırılır, cavablandırılması təmin olunur və zəruri tədbirlər həyata keçirilir. Onlayn növbə sisteminin tətbiqinin əsas məqsədi vaxt itkisi olmadan vətəndaşları tibbi xidmətlərlə təmin edərək pasiyentyönümlü sistemin yaradılmasıdır.
Dövlət xəstəxanalarında növbə problemi: səbəblər nədir?
Cəmiyyət
6, iyl, 2026
09:20
Son xəbərlər
İnfantino üzr istədi
15, okt, 2026
22:41
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30