Cəbrayıllı əsgər Lətifov Ramiz Mahmud oğlu itkin şəhid kimi xatırlanır

Cəmiyyət
2, noy, 2025 21:03

Vətən müharibəsinin ilk illərində böyük qəhrəmanlıqlar göstərmiş əsgərlərimizdən biri – Lətifov Ramiz Mahmud oğlu 1994-cü ildən etibarən "itkin şəhid" statusundadır.
Ramiz Lətifov 17 aprel 1974-cü ildə Cəbrayıl rayonunun Qazanzəmi kəndində dünyaya gəlib. O, 1991-ci ildə Dağtumas kənd orta məktəbini başa vurub və təhsilini davam etdirmək üçün Sumqayıt Politexnik texnikumuna qəbul olunub. Lakin gənc Ramizin həyat yolu qısa zaman sonra təhsildən cəbhəyə yönəlib.
1992-ci ildə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılan Ramiz Lətifov Kəlbəcər və Şuşa bölgələrində şərəflə xidmət edib. Onun qəhrəmanlığı isə 1994-cü ilin yanvar ayında Horadiz istiqamətində baş tutan əks-hücum əməliyyatı zamanı xüsusi ilə yadda qalıb. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən qanlı döyüşlərdə, yaralı döyüş yoldaşını tək qoymayan Ramiz, geri çəkilməkdən imtina edib və düşmən gülləsinə tuş gəlib.
Daha sonra ermənilər tərəfindən əsir götürülən Ramiz Lətifov 10 yanvar 1994-cü ildən etibarən itkin şəhid elan olunub.

Onun igidliyi və fədakarlığı bu gün də unudulmur. Ramiz Lətifov minlərlə Vətən oğlunun yazdığı qəhrəmanlıq salnaməsinin unudulmaz simalarından biridir.

Qəhrəman şəhidimizin ruhu qarşısında baş əyirik!

Hazırladı:
Xüsusi müxbir: İntizar Əmirova 

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30