ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücümlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyev hakim qarşısına çıxarılıb.
AFTV.az Bizim.Media -a istinadən xəbər verir ki Tural Əliyev 2014-2018-ci illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yükləməklə cinayətkar plan həyata keçirməkdə ittiham olunur.
Bu kibertəhlükənin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən alınıb. Turalın yeri müəyyən edilərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 271.2.1-ci (kompyuter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib.
T.Əliyevin işinə hazırda Yasamal Rayon Məhkəməsində baxılır.
İlk baxış iclasında əvvəlcə ittiham aktı elan edilib.
İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və komyuter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.
Bundan əlavə, Tural kiberhücumlar nəticəsində Amerika və İsrail şirkətlərinin hamıya açıq olmayan məlumatlarına giriş əldə edib.
Prosesin davamında müttəhim qısa ifadə verib. Tural üzərindəki ittihamların bəzilərini qəbul edib, özünü qismən təqsirli bilib.
İfadəsindən görünür ki, Tural əvvəllər informasiya texnologiyaları sahəsində əhəmiyyətli layihələr üzərində işləyib. O, özünün yaratdığı casus proqramlarından bəhs edib:
“Mən peşəkar haker sistemləri qurub, casus proqramlarından istifadə etmişəm. Bununla da ABŞ-yə də aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Amma bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. Düzdü müdaxilə qanunsuz olub, amma Amerika saytına girməkdə məqsədim sistemi yoxlamaq idi”.
Turalın dediyinə görə, yaratdığı proqramları dövlət orqanlarına vermək istəyirmiş. Amma həmin proqramlar sınaqdan keçirilməlidiyi üçün bu mümkün olmayıb:
“Sınaqdan keçməyən proqramı qəbul etmirlər. Bunun üçün də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam, lakin heç bir əməliyyat həyata keçirməmişəm.
Onu da deyim ki, mən “Facebook”, “Google” və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam”.
Proses martın 18-i davam edəcək. (“Qafqazinfo”)
AFTV.az[spoiler][/spoiler]
DTX-nin həbs etdiyi kibercinayətkar: “İstənilən adamın telefonuna girə bilərdik”
Cəmiyyət
5, mar, 2025
17:00
Son xəbərlər
İnfantino üzr istədi
15, okt, 2026
22:41
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30