AFTV.AZ BIZIM MEDIA-a istinadən xəbər verir ki, Azərbaycanda dövlət idarəçiliyinin optimallaşdırılması çərçivəsində oxşar funksiyaları yerinə yetirən qurumların birləşdirilməsi prosesi artıq başlayıb. Sonuncu belə struktur dəyişikliyi çərçivəsində Azərbaycan Dəniz və Liman Agentliyi Azərbaycan Dəmir Yollarına birləşdirilib. Bu addım nəqliyyat sektorunda idarəetmənin mərkəzləşdirilməsinə və daha səmərəli idarə olunmasına xidmət edir.
Hazırda digər dövlət qurumlarının da birləşdirilməsi müzakirə mövzusudur. Xüsusilə nəqliyyat sahəsində müstəqil fəaliyyət göstərən bir sıra qurumların (Agentliklərin, Xidmətlərin və sair) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə birləşdiriləcəyi barədə xəbərlər yayılıb.
Milli Məclisin deputatı Razi Nurullayev də açıqlamasında bu prosesin dövlət idarəçiliyində səmərəliliyi artıracağını bildirib.
O qeyd edir ki, bir-birinə yaxın qurumların birləşdirilməsi paralel təşkilatların sayını azaldır və idarəçilikdə çevikliyə səbəb olur. Bundan əlavə, bu addım qərarvermə prosesini asanlaşdırır. Çünki hazırda bəzi sahələrlə bağlı bir neçə qurum müxtəlif nazirliklərin tərkibində yerləşir. Bu isə həmin sahəyə aid qərarların bir neçə instansiyadan keçməsinə və icra müddətinin uzanmasına gətirib çıxarır.
Deputat hesab edir ki, vahid idarəetmə sisteminin tətbiqi ilə qərarlar daha operativ veriləcək, büdcə vəsaitlərinin daha effektiv xərclənməsinə nail olunacaq: "Bir nazirliyin tərkibində olan qurumlarda isə yalnız bir nazirlik tərəfindən qərar verilir. Zaman qazanılır. Effektivlik və səmərəlilik artır. Əlavə olaraq bu həm də büdcə vəsaitlərinin təmərküzləşməsinə və effektiv xərclənməsinə səbəb ola bilir".
Razi Nurullayev dövlət idarəçiliyinin təkmilləşdirilməsi və sistemləşdirilməsi istiqamətində işlərin aparıldığını bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda müxtəlif dövlət qurumlarının birləşdirilməsi ilə bağlı yeni qərarlar açıqlana bilər: "Dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi sistemləşdirilməsi və səmərəliliyinin artırılması üçün işlər aparılır. Yəqin ki, yaxın zamanlarda müxtəlif dövlət idarələri ilə bağlı müxtəlif xəbərləri eşidəcəyik. Bu barədə hazırda doğrudan da, bildiyimə görə işlər aparılır. Hansı qərarlar verilib, hansı səmərəli sayılıb bunumla bağlıl deyə bilmərəm. Amma heç bir məsələni istisna etmək olmaz".
Deputat hesab edir ki, bu proses yalnız nəqliyyat sektoru ilə məhdudlaşmayacaq və təmərküzləşmə digər nazirlik və agentlikləri də əhatə edəcək.
Hökumətin əsas məqsədi idarəetmədə şəffaflığı və operativliyi təmin etməkdir. Struktur islahatları dövlətin resurslardan daha səmərəli istifadə etməsinə imkan yaradacaq. Bundan başqa, bu cür birləşmələr nəticəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksələcəyi gözlənilir.
Bu prosesin davam edəcəyi və digər dövlət qurumlarını da əhatə edəcəyi proqnozlaşdırılır. Gələcəkdə oxşar sahələrdə fəaliyyət göstərən nazirliklərin, agentliklərin və xidmətlərin daha səmərəli strukturda birləşdirilməsi mümkündür. Mənbə Modern.az
AFTV.AZ
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
Cəmiyyət
3, mar, 2025
05:00
Son xəbərlər
İnfantino üzr istədi
15, okt, 2026
22:41
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30