Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR

Cəmiyyət
16, yan, 2025 17:17

Məlum olduğu kimi, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş bir sıra əmlaklar müsadirə olunub.

Bunlar arasında Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi də var.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova əllərindən alınan Bakı Oksford Məktəbini icarəyə götürüb.

“Hazırda məktəbə yenə də Mehriban Məmmədova rəhbərlik edir” deyə mənbəmiz əlavə edib.

Qeyd edək ki, Bakı Oksford Məktəbi imkanlı şəxslərin övladlarının təhsil aldığı müəssisə kimi tanınır.

Bu məktəbin bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilir.
Aftv.Az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30