Azərbaycanda hərbi xidmətə çağırış yaşının endirilməsi haqda qərar qəbul edildiyi və bu sahədə bir sıra islahatların həyata keçirildiyi zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi "ayı xidməti" yerinə yetirməkdədir. Bu xidmət ondan ibarətdir ki, Suraxanı hərbi komissarlığı "qəbiristanlıq qanunları" ilə idarə olunur. Görünür ki, Xidmət rəisi Mürsəl İbrahimov bu idarədə baş verənlərdən ya bixəbərdir, ya da göz yummaq niyyətindədir. Çünki indi təfsilatını açıqlayacağımız məsələ barədə hələ ötən ilin sonunda Xidmətin rəsmi elektron poçtuna müraciət ünvanlanıb, cənab Mürsəl İbrahimova problem haqda ətraflı məlumat verilib və həlli xahiş olunub. Lakin hələ də səs-səmir yoxdur, elektron məktubla edilən müraciətə reaksiya verilməyib. Ona görə də Suraxanı hərbi komissarlığında nə baş verdiyini publik şəkildə açıqlamağa ehtiyac var.
Belə ki, ötən il Anaxeber.info-nun baş redaktoru Talıbov Azər Məmməd oğlu övladı ilə bağlı cənab Mürsəl İbrahimova müraciət edib. Bildirir ki, oğlu Talıbov Turan 2003 təvəllüddür, Suraxanı rayon hərbi komissarlığı onu əsgərliyə getməyə çağırıb. Onun sözlərinə görə, oğlu Turan Talıbova "14 B" diaqnozu qoyulub və hərbi xidmətə yararlı deyil. Ancaq sən saydığını say, Suraxanı hərbi komissarlığı gör nə sayır. Hər şey elə bundan sonra başlayır və biabırçılıqlar, absurd məsələlər, "ölü qaydaları" ilə işləmək üzə çıxır ki, heç yerdə bu hal görünməyib.
Belə ki, çağırış əsasında Turan Talıbov yerli komissiyadan keçib və Sabunçu rayon xəstəxanasında müayinə olunub. Sonra sənədlər Suraxanı səfərbərlik xidmətinə təqdim olunub. Amma tragikomik tərəfi budur ki, həmin nəticələr qəbul edilməyib və təkrar müayinə tələb olunub. Deyilib ki, Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul deyil. Bu qədər banal, absurd, gülünc bir rəy. Bildirilib ki, Turan Talıbov təkrar müayinə olunmalıdır. Atası Azər Talıbov sual edir ki, idarənin vəzifəli şəxsinin vəfat etməsinin müayinənin nəticələrinə nə aidiyyatı və yaxud təsiri var? Belə çıxır ki, idarənin hər dəfə yası düşəndə, yaxud komissarlığın nümayəndəsi dünyasını dəyişəndə, komissiyanın rəyi legitim olmayacaq, təkrar müayinə tələb olunacaq. Göründüyü kimi, açıq-aşkar öz xidmət idarəsinə inamsızlıq, etimadsızlıq, vəfat etmiş hərbi komissarlıq işçisinə güvənsizlik var. Ümumiyyətlə, müayinənin nəticələrinə şübhə edilməsi göstərir ki, bütövlükdə Suraxanı hərbi komissarlığı yerində deyil.
Şikayətçi olan Azər Talıbovun sözlərinə görə, bütün bunlardan sonra oğlu Turan Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib. "Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar. Halbuki Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də sənədə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım", - deyə Azər Talıbov bildirir. O, əlavə edir ki, oğlunun ürəyində də problem var: "Suraxanı hərbi komissarlığı mənə deyir ki, onda ürəkdə problemi göstərək və hərbi xidmətə getsin. Yəni bu dərəcədə səhlənkarlıq, laqeydlik var. Bu, tamamilə özbaşınalıqdır. Suraxanı hərbi komissarlığı göz görə-görə psixiatr tərəfindən baxılan, ürəyində də problem olan adamı əsgərliyə göndərmək istəyir. Budur şəffaflıq? Budur islahatlar? Nəyə görə müayinənin nəticələri qəbul edilməməlidir? O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri hazırdır, təkrar müayinə tələbi qanunsuzdur".
Vətəndaş oğlu Turan Talıbovla bağlı Xidmət rəisi Mürsəl İbrahimova bir daha üz tutub: "Cənab İbrahimov, təkrar etmək məcburiyyətindəyəm ki, oğlum Turan Talıbova “14 B” diaqnozu qoyulub. Bu diaqnoz qoyulan şəxslər hərbi xidmətə birmənalı olaraq yararsız sayılır. Ona görə də ürək problemi adı ilə oğlumu əsgərliyə göndərmək istəyirlər. Ancaq mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün. İdarə işçisi Namiq Orucov dünyasını dəyişib deyə yenidən komissiyadan keçmək tələbi düzgün deyil. Ona görə də müraciətimə müsbət cavab veriləcəyini gözləyirəm".
Anaxeber.info
Aftv.Az
Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... - İTTİHAM VAR...
Cəmiyyət
8, yan, 2025
14:30
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30