Bakıda avtomobili səkidə idarə edən sürücü həbs olundu - VİDEO

Video
7, may, 2024 10:54

Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs olunub.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes-Benz” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cahangir Bəhlul oğlu Ağayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.


Aftv.az

Son xəbərlər