Bakıda güclü külək sakinin başına iş açdı - VİDEO

Video
4, apr, 2024 19:15

Bu gün səhər saatlarından Bakıda müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.
Belə ki, Yasamal rayonu, İsmayıl Talıblı küçəsində qurumuş ağac avtomobilin üzərinə aşaraq nəqliyyat vasitəsinə ziyan vurub.
Avtomobilin sahibi Orxan Əliyev açıqlamasında bildirib ki, qurumuş ağacın aşma təhlükəsi ilə bağlı aidiyyəti quruma müraciət olunub:
“Bir neçə ay əvvəl bu ərazidəki bəzi ağacları budayırdılar. Məlumat verdik ki, başqa qurumuş ağaclar da var, onları da budamaq lazımdır. Amma bizə deyildi ki, hamısı salamatdır, heç bir fəsad törətməyəcək”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Aftv.az

Son xəbərlər