Hər ilin avqust və sentyabr aylarında paytaxtın kirayə mənzil bazarında canlama müşahidə olunur. İyun-iyul aylarından fərqli olaraq, bu vaxtlar tələbələrin və iş üçün Bakıya üz tutan vətəndaşların hesabına kirayə mənzillərə tələbat kəskin surətdə artır. Bu isə eyni zamanda kirayə mənzillərin bahalaşmasına səbəb olur.
Bəs görəsən, bu il də eyni tendensiya gözlənilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq bir çox valideynlər tələbə adı qazanan övladları üçün kirayə mənzil axtarışına başlayıb: dirnaq modelleri
“Hər il iyun-iyul aylarında və avqust ayının 15-nə qədər kirayə mənzil bazarında nisbi durğunluq olurdu. Bu daha çox tələbələrin və iş üçün paytaxtda üz tutan şəxslərin rayonlara qayıtması ilə bağlı idi. Amma son illər tendensiya artıq dəyişib. Artıq ali təhsil müəssisələrinə, kolleclərə və digərlərinə imtahan verən tələbələrin qəbul prosesi əvvəlki vaxtlara nisbətən daha tez olur. Bu baxımdan valideynlər də bilirlər ki, ev tapmaq problemdir və həmin evləri daha tez müddətdə kirayə götürürlər. Yuxarı kurs tələbələri isə rayondan qayıdarkən artıq ev tapmayacağını bilib kirayə götürdükləri mənzillərin pulunu ödəyib saxlayırlar. Bu isə son illər kirayə mənzil bazarında qıtlıq yaradır”.
Ekspert avqustun sonuna və sentyabrın əvvəlinə doğru kirayə mənzil bazarında ciddi bahalaşmanın olacağını dilə gətirib:
“Digər tərəfdən, artıq 2016-cı ildən başlayaraq Bakıda pilot layihələr üzrə söküntü işləri aparılır. Bu, istismar müddəti bitmiş çoxmərtəbəli köhnə binaların, yəni “xruşovka”ların və digər layihəli binaların sökülməsidir. Həmçinin fərdi yaşayış evlərindən ibarət massivlər də var ki, həmin ərazilərdə də söküntü işləri gedir. Bura “Alatava”, “Papanin”, “Kubinka” və s. əraziləri misal göstərmək olar. Bu tip yerlərin sökülməsi artıq kirayə mənzil bazarında olan fərdi yaşayış evlərinin bazardan çıxması ilə nəticələnir. Həmin evlərin sakinləri məcburən sökülən əmlaklarının yerində onlara mənzil veriləcək yeni binalar tikilənə qədər, kirayə çıxmalı olurlar. Belə olan təqdirdə isə Bakıdakı kirayə mənzillərin əksəriyyətini paytaxt sakinləri özləri kirayə götürür. Ən əsası isə köhnə binaların yerində tikilən yeni tikililərin kirayə qiyməti əvvəlkindən ən az 2 dəfə daha bahadır. Bütün bunlar hamısı birlikdə kirayə mənzil bazarında qıtlığa səbəb olur. Bu isə qiymətləri kəskin şəkildə qaldırılır. Avqustun sonuna doğru biz yenidən bunu müşahidə edəcəyik”. ![]()
Aftv.az
Tələbələrə PİS XƏBƏR - Qiymət kəskin artdı
Təhsil
14, avq, 2024
15:23
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00