15 və 22 may tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb və yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar və dərnək məşğələlərinin təşkili və tədrisi, məktəb sənədlərinin işlənilməsi, dərslərin əvəzolunması, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.
Modern.az xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
Yoxlama zamanı müəssisədə normal psixoloji mühitin olmadığı, valideynlər və kollektivlə işin düzgün qurulmadığı da məlum olub.
Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Həmidova Aysel Mübariz qızı 27 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib:
“Əlavə olaraq bildiririk ki, qeyd olunan məsələyə müvafiq hüquqi qiymət verilməsi ilə bağlı yoxlama materiallarının aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilməsi təmin olunub.
Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”.
Bundan əlavə, Sumqayıt və Xırdalanda son bir ayda üç məktəb direktoru işdən çıxarılıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-ya bildirib ki, İdarənin keçirdiyi genişmiqyaslı monitorinqlər nəticəsində idarənin tabeliyində olan Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tanrıverdiyeva, 33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərova və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Həcər İbrahimova işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad ediliblər.
Aftv.az
Həcər İbrahimova işdən buraxdıgı nöqsanla azad edilib
Təhsil
28, may, 2024
16:28
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00