Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Təhsil
21, may, 2024 10:54

Sumqayıt şəhərində daha bir məktəbin direktoru işdən çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, 33 nömrəli məktəbin direktoru Əsgərova Rübabə Sahib qızı vəzifəsindən azad olunub.

Digər əmrlə, direktor vəzifəsinin icrası isə Əliağa Dadaşova həvalə edilib.

Xatırladaq ki, ötən həftə isə Sumqayıt şəhər 24 nömrəli məktəbin direktoru Nəsibə Cabbarova vəzifəsindən azad olunub.
Aftv.az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30