"Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyurlar".
Azərbaycanın Britaniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, bu sözləri respublikamızın elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Krallığa səfəri çərçivəsində Britaniya universitetlərində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrlə ölkəmizin krallıqdakı səfirliyində keçirdiyi görüşdə deyib.
E.Əmrullayev tələbələrə Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar və gələcək planlar barədə məlumat verib. Xüsusən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan irimiqyaslı təhsil layihələrindən bəhs edən nazir Şuşada tikilməkdə olan unikal məktəb, eləcə də Xankəndidə tikilməkdə olan Qarabağ Universiteti və bu kontekstdə nəzərdə tutulan layihələrdən söz açıb.
Nazir bildirib ki, Qarabağ Universiteti əslində yeni məfhum deyil və 1969-cu ildən etibarən Xankəndidə mövcud olan pedaqoji universitetin davamıdır. Xankəndi Universitetində riyaziyyat, kompüter elmləri, təbiətşünaslıq, turizm, musiqi, iqtisadiyyat və biznes, humanitar və digər sahələr olmaqla müxtəlif ixtisaslar açılacaq. Məqsəd bu universiteti beynəlxalq elm və tədqiqat mərkəzi, həmçinin Qafqazın keyfiyyətli ali təhsil mərkəzinə çevirməkdir.
Bundan əlavə, xaricdə təhsil üzrə müxtəlif dövlət proqramları, ali təhsil ocaqları, ikili proqramlar, beynəlxalq təhsil layihələri barədə də danışan elm və təhsil naziri Azərbaycanda doktorantura təhsilinin inkişafı sahəsində görülməkdə olan işlər haqqında da məlumat verib.
E.Əmrullayev dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin daha çox dünyanın ən nüfuzlu və yüksək keyfiyyətli universitetlərinə qəbul olunmasının sevindirici hal olduğunu vurğulayıb, bu göstəricinin önümüzdəki illərdə də artan dinamika ilə davam edəcəyinə ümid ifadə edib.
Nazir sonra tələbələrin müxtəlif suallarını cavablayıb, xatirə şəkli çəkdirib.
Qeyd edək ki, elm və təhsil naziri 19-22 may tarixlərində London şəhərində keçirilməkdə olan Dünya Təhsil Forumunda iştirak etmək üçün Birləşmiş Krallıqda işgüzar səfərdədir.
Aftv.az
Emin Əmrullayev: "Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyurlar"
Təhsil
20, may, 2024
11:15
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00