Xəbər verdiyimiz kimi, mətbuatda Sumqayıt şəhər “Liman” klinikasının həkimi Əfqan Ağagülov haqqında şikayət dərc olunub. Həkimin əməliyyat etməsindən sonra xəstə Nuridə İsmayıl qızı Zülfüqarovanın gözündə çəpləşmə yarandığı bildirilir.
Ölkə.Az müzakirələrə səbəb olan şikayətlə bağlı ittiham edilən otorinolarinqoloq Əfqan Ağagülovla əlaqə saxlayıb.
Həkim saytımıza açıqlamasında barəsindəki ittihamları qəbul etmədiyini deyib. Ə.Ağagülov qarşı tərəfin ondan 3 min manat pul tələb etdiyini və ona hücum etdiyini söyləyib:
“Xəstənin ağırlıq dərəcəsi kəskin olub və o əməliyyat olunub. Bu, əməliyyatın ağırlaşması deyil, xəstəliyin ağırlaşmasıdır. Xəstə uzun müddətdir revmatoloqun və allerqoloqun müalicəsindədir.
Digər tərəfdən xəstəyə təklif elədim ki, gəl, müalicə olun. Ailə üzvləri xəstəni qaçırdırlar, məndən də pul tələb edirlər. Buna görə də biz baş prokurorluğa müraciət etmişik. Kameraların qaşrısında həkimə hücum, zərbə vurmaq, hamısı qeydə alınıb. Bu işlə hüquq-mühafizə orqanları məşğul olacaq.
Yazılmış dərmanları qəbul etməyən xəstə necə sağala bilər?! Onlar yenə də tibbi sığortaya müraciət etməli, sığorta göndəriş verməlidir. Ondan sonra biz də əməliyyatımızı edərik. Sığortadan göndəriş olmasa, biz onu əməliyyat edə bilmərik”.
Həkim ona klinika rəhbərliyi tərəfindən töhmət verilib verilməməsinə gəlincə isə bildirib ki, bu barədə ancaq xəstəxana məlumat verə bilər.
Müzakirlərə səbəb olan hadisə ilə bağlı "Liman" klinikasının rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. Əvvəlcə zəngələrə cavab verən klinika əməkdaşları müxtəlif vaxtalarda klinika rəhbərliyinin iclasda olduğunu dedilər.
Daha sonra isə dəstəyi götürən resepşn əməkdaşı da bu barədə hər hansı bir açıqlama verməyə ixtiyarı olmadığını bildirdi.
Rəhbərliklə danışmaq istədiyimizi desək də, xanım əməkdaş israrla bunun mümkün olmayacağını söylədi.
Qeyd olundu ki, yalnız Baş Prokurorluğa müraciət edərək informasiya almaq mümkündür.
Baş verən hadisə ictimai maraq doğurduğundan Ölkə.Az vəziyyətin gedişatı haqqında rəsmi məlumat almaq üçün Baş prokurorluğa da sorğu ünvanlayıb.
Onu da qeyd edək ki, hadisənin üzərindən 24 saat keçməsinə baxmayaraq "Liman" klinikasının sosial şəbəkə səhifələrində ittihamlarla bağlı hər hansı bir açıqlama yayımlanmayıb.
P.S.: Xəbər saytımızda dərc olunduqdan sonra redaksiyaya naməlum zəng daxil olub və həmin şəxs özünü təqdim etmədən tibb mütəxəssisinin "yaxşı həkim" olduğunu bildirib. Məsələ qeyri-müəyyən olaraq qalır.
Aftv.az
Qalmaqallı həkimə töhmət verilib? - Naməlum zəng və AÇIQLAMA
Səhiyyə
11, iyl, 2024
12:25
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00