Abşeron Rayon Mərkəzi Xəstəxanası tibbi kitabça olmadan pasiyent qəbul etmir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı xəstəxanaya müraciət edən pasiyentlərdən biri sosial şəbəkə üzərindən paylaşıb.
Belə ki, paylaşımda qeyd edilir ki, sözügedən qayda bir gün öncədən qüvvəyə minib:
"Abşeron Rayon Mərkəzi Xəstəxanasına gəldim, növbə çıxardım. Bu zaman mənə yarımçıq A4 kağızına yazılmış bir elan göstərdilər ki, dünəndən qanun qoyulub ki, tibbi kitabça olmasa, pasiyentlər qəbul edilməyəcək və geri qaytarılacaqlar. TƏBİB-in qaynar xətti ilə əlaqə saxladım, bildirildi ki, belə bir qadağa yoxdur. Bu istidə xəstəxanada yaşlılar, xəstəlikdən əziyyət çəkən, yeriməyə çətinlik çəkən insanlara heç bir güzəşt olunmadan geri qaytarılır".
Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya ölkə ərazisində yaşayan bütün vətəndaşlar icbari tibbi sığorta çərçivəsində birbaşa və ya yaşadığı ərazi üzrə fəaliyyət göstərən dövlət tibb müəssisəsindən əldə etdiyi göndərişlə müraciət edə bilərlər:
"Birbaşa müraciətlər zamanı vətəndaşın xəstəxanaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etməsi kifayətdir. Bundan başqa, vətəndaş Abşeron rayonu ərazisində yaşayırsa və xəstəxananın tabeliyində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzlərinin birində qeydiyyatdadırsa, o zaman vətəndaşdan qeydiyyata alındığı gündən etibarən açılmış tibbi kitabça ilə birgə müraciət etməsi tələb olunur.
Əgər vətəndaş Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölkənin müxtəlif ərazisindən ilk dəfə müraciət edirsə, o zaman ona tibbi kitabça açılır və ixtisaslı həkim müayinəsi üçün yönləndirilir. Qeyd edək ki, tibbi kitabça vətəndaşın ixtisaslı həkim tərəfindən müayinə aparıldıqdan sonra sağlamlıq haqqında qeydlərinin aparılması və saxlanılması üçün vacib sənəd sayılır".
Aftv.az
Tibbi kitabçası olmayan pasiyent Abşeron xəstəxanasına buraxılmır? - AÇIQLAMA
Səhiyyə
20, iyn, 2024
13:51
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00