Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində müalicə alanlar kəskin iydən, natəmizlikdən gileylidirlər.
Yeni ana olmuş M.A deyib ki, yatdığı palatada iydən nəfəs tutulur, divarlarda böcəklər gəzir.
Xəstəxananın işdən çıxarılma qorxusu ilə adının çəkilməsini istəməyən əməkdaşı da hamilə qadınların, yeni ana olanların narazılığını haqlı sayır.
“Doğum evində tullantılar vaxtlı-vaxtında daşınmır, boş otağa yığılır. Nəticədə qalanmış tullantıların kəskin iyi palatalara yayılır, ən təhlükəlisi isə odur ki, natəmizlikdən yaranan həşəratlar bütün xəstəxanaya yayılır. Təsəvvür edin, divarlarda, xəstənin şkafında, çarpayılarda böcəklər gəzir, onsuz da doğuşdan sonra zəifləmiş, yaxud gərginlik içində olan qadınlar daha da narahat olurlar”,-xəstəxananın əməkdaşı deyib.
O bildirib ki, xəstələrin müalicəsi ilə məşğul olan müəssisənin özü xəstəlik mənbəyinə çevrilib. Xəstələrin narazılıqları nəzərə alınmır, işçilər isə qorxularından səslərini çıxara bilmirlər.
Tullantıların vaxtlı-vaxtında daşınmamasının səbəbi kimi xəstəxananın Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi ilə müqavilə bağlamaması göstərilir.
Tibbi tullantıların idarəolunmasına dair tələblər mövcuddur. Tibb müəssisəsində tullantıları infeksion və ya qeyri-infeksion (məişət) tullantılarına ayırmalı, tullantılar daşınandan sonra təyinatına uyğun məhv edilməlidir. Hələ pandemiyanın pik vaxtlarında xəstəxanalarda tullantıların daşınması ilə bağlı problemlərin olduğu məlum olmuşdu.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Meydan TV-nin suallarını cavablandırmaqdan imtina ediblər. Bildiriblər ki, mətbuatın suallarına TƏBİB cavab verə bilər. TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova isə məzuniyyətdə olduğunu bildirib, digər əməkdaşlar isə sualları cavablandırmayıblar.(teref.az)
Aftv.az
“Xəstəxananın doğum şöbəsində zibillər otağa yığılır” - Mingəçevirdə ACINACAQLI MƏNZƏRƏ
Səhiyyə
19, iyn, 2024
21:06
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00