Bu yaxənlarda Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi təyin olunan Azad Hacıyev Ynstitutun direktoru Gülnaz Dadaşovanı məhkəməyə verib.
AzToday.az xəbər verir ki, 2011-ci ildən 2021-ci ilə qədər Kardiologiya İnstitunda direktor müavini vəzifəsində çalışan Azad Hacıyev son təyinatına qədər 3 il İnstitutun elmi şöbəsinə rəhbərlik edib. O, 2021-2024-cü illərdə şöbhə rəhbəri kimi maaş almadığını iddia edir. Bu səbəbdən Azad Hacıyevlə İnstitutun direktoru Gülnaz Dadaşova arasında ciddi narazılıq yaranıb. Direktor onun maşını ödəməkdən imtina edib. Buna görə də Azad Hacıyev Gülnaz Dadaşovanı məhkəməyə verib.
Qeyd edək ki, Azad Hacıyev baş həkim olmamışdan əvvəl 10 il ərzində İnstitutun direktorunun müavini vəzifəsində işləyib. 2021-2024-cü illərdə şöbhə rəhbəri kimi maaş almayan Azad Hacıyevin Səhiyyə Nazirliyi və TƏBİB-ə də şikayət etdiyi bildirilir. Qeyd olunur ki, TƏBİB-dən onun maaşının Gülnaz Dadaşova tərəfindən ödənilməli olduğu bildirilib.
Kardiologiya İnstitutunda yaşanan daha bir qalmaqal kadrlar şöbəsi ilə bağlıdır. Belə ki, Fatma adlı xanım Kadrlar şöbəsinin rəhbəri vəzifəsindən gedəndən sonra bu vəzifə necə deyərlər, “auksion”a çıxarılıb. Hazırda kadrlar şöbəsini Fidan Göyüşova idarə edir. İddialara görə, Gülnaz Dadaşovanın katibəsi Aygül Məmmədovanın vasitəçiliyi ilə işə düzələn və şöbə müdiri sözü verilən şəxslə Fidan Göyüşova dalaşıb. Nəticədə həmin şəxs “verdiklərini” geri alaraq işdən çıxıb…
Əməkdaşların sözlərinə görə, institutda birinci mərtəbə üçün kondisioner almaq məqsədilə həkimlərdən adambaşına 30 manat pul yığılır. Bu isə həkimlər arasında narazılığa səbəb olub. Onlar hesab edirlər ki, dövlət tərəfindən ayrılan vəsaitlər mənimsənildiyindən onların hesabına instituta kondisioner alınır.
Səslənən iddialarla bağlı Kardiologiya İnstitutunun rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.
Aftv.az
Kardiologiya İnstitutunda qarşıdurma: Baş həkim Gülnaz Dadaşovanı məhkəməyə verdi
Səhiyyə
12, iyn, 2024
10:30
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00