"Azərbaycan Reallığı"na müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyini deyən pasiyent klinikaya şikayət etsə də, burnunda yaranmış problem aradan qaldırılmayıb.
"Mən Məmmədova Gülya 17.05.2023 tarixində "Lazer Beauty Clinic"də Rəna Soltanovaya burun dolğusu üçün müraciət etmişəm. Kosmetoloq özü şəxsən mənə burun dolğusu etdi. Prosedurdan əvvəl asistentləri mənə bir neçə sənəd imzalatdılar. Prosedura 350 manat pul ödədim. Evə gəldikdən iki saat sonra burnumda dəhşətli ağrılar başladı.
Həkimə zəng etdim ki, ağrım var. Amma asistenti mənə dedi ki, damara düşəndə elə ağrı olur, ağrı kəsici içim keçib-gedəcək. Sabahı gün Rəna Soltanova özü görüntülü yığıb baxdı və panik vəziyyətdə təcili məni klinikaya çağırdı. Klinikada məni ən sonuncu kabinetə saldılar, qapını da bağladılar. Dedilər çıxmayım, həkim özü gələcək, başqa pasiyentlər görməsin.
Rəna Soltanova gəldi başladı burnumu sıxmağa çirk çıxartdı. Sonra yenidən burnuma iynə vurdu. Soruşduqda isə dedi ki, vurduğu dolğunu əritmək məqsədilə iynə vurub. Bundan sonra dəfələrlə burnumda ağrı olduğunu desəm də, mənə inanmadıqlarını söylədilər. Burnuma vurduğu geli əritdiyindən, dolğunun pulunu, ödədiyim məbləği geri istəsəm də, mənə dəymiş ziyanı ödəmədilər. Mən Rəna Soltanovadan şikayətçiyəm. Klinikada özbaşınalığa son qoyulması üçün aidiyyəti qurumlar tədbir görməlidirlər"- Gülya Məmmədova bildirib.
O, məsələ barəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etsə də, sözügedən qurum onun şikayətini araşdırmayıb: "Səhiyyə Nazirliyinin bu qurumu mənə məktub yazdı ki, guya, şikayəti araşdırmaq istəsələr də, onunla əlaqə yarada bilməyiblər. Halbuki, mən şikayət məktubuna işləyən əlaqə nömrəmi qeyd etmişdim. Buna baxmayaraq, onlar mənə təkrar müraciət etməyi, yaxud da məhkəməyə müraciət etməyi tövsiyə etdilər".
Qeyd edək ki, pasiyent redaksiyamıza ünvanladığı şikayət məktubunda burnunda yaranmış fəsadı əks etdirən foto və videoları da təqdim edib.
Məsələ ilə bağlı "Laser Beauty Clinic"də çalışan Rəna Soltanova ilə əlaqə saxlasaq da, dəstəyi qaldıran onun bacısı Nigar Rüfət Rəna Sultanovanın xaricdə səfərdə olduğunu söylədi. Bildirdi ki, onlar bütün pasiyentləri yadda saxlaya bilmirlər. Ona görə də, pasiyent şəxsiyyət vəsiqəsi ilə birgə yenidən klinikaya müraciət etməlidir. Əgər problem varsa, pasiyentə köməklik göstəriləcək.
Aftv.az
Kosmetoloq Rəna Soltanova vətəndaşın burnun şikəst edib - VİDEO
Səhiyyə
4, iyn, 2024
11:03
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00