Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında müəmmalı olaylar baş verir. Elektron media yazır ki, rəsmi olaraq Klinikanın direktoru tibb üzrə fəlsəfə doktoru Mahir Səfərovdur. O, həm də Klinikada Universitetin rektoru Gəray Gəraybəylinin qeyri-leqal işlərinin başında durur. Onun rektoun ən yaxın adamlarından biri olduğunu da yazır mətbuat. Məlumata görə Mahir Səfərov burada rektor Gəray Gəraybəyliyə göstərişlərinə uyğun qaydalar qoyub.
Klinikaya girən kimi hər pasientdən 5 manat tələb olunur. Qapıya xüsusi nəzarətçi təyin edib ki, klinikaya daxil olan pasientlərin dəqiq sayını hesablayır. Hətta pullu pasientləri birbaşa Mahir Səfərovun yanına aparırlar. Mahir Səfərov da diroktor olduğu xidməti otağında diş kabineti yaradaraq pasientləri müalicə edir. Yəni, pul yığır. Məlumatlara görə Klinikada şəxsi stomatoloji kabinetlər fəaliyyət göstərir. Nə mənada? Dövlət tərəfindən vəsait ayırmasına baxmayaraq kabinetlərin bütün avadanlıqları, təmiri həkimlər tərəfindən toplanan pullar hesabına həyata keçirilir. Burada hər bir həkimə, diş texnikinə aylıq 500-1000 manat civarında “stavka” müəyyən edilib. Klinikanın direktoru Mahir Səfərov heç kimdən çəkinməyərək, bu “stavka”nı yuxarıların, yəni Gəray Gəraybəylinin göstərişi ilə təyin edildiyini bildirir.
Mediada da qeyd olunduğu kimi dövlət tərəfindən Stomatoloji Klinikanın saxlanılmasına külli miqdarda vəsaitlər xərclənir. Bu vəsaitlər Klinikaya tabeliyində olduğu Tibb Universiteti tərəfindən ayrılır. Elektron medianın Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları üzərindən apardığı araşdırmada məlum olub ki, Stamatoliki Klinika 23.06.2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tibb Universitetinin rəsmi portalında isə Stomatoloji Klinikanın 2002-ci ildə açıldığı göstərilir. İndi təsəvvür edin klinika fəaliyyətə başladığı dövr ilə dövlət qeydiyyatına alındığı gün arasında, yəni 15 il ərzində buraya nə qədər pullar daxil olub və Klinika sosial və vergi ödənişlərindən nə qədər yayınıb. Yazılanlara görə bununla bağlı hətta nazirliklər səviyyəsində danışıqlar aparılıb. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti İlə Səhiyyə Nazirliyi arasında aparılan danışıqlardan sonra Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yaranmış külli miqdarda vergi borcunun müəyyən hissəsi ödətdirilib. Məlumatlara görə həmin borcun bir hissəsi hələ də ödənilməmiş olaraq qalır.
Bəs indi Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında nələr baş verir?
Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, Azərbaycan Tibb Universiteti ATU – nun Tədris Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə açıq tender müsabiqəsi elan edib. Tenderin şərtlər toplusunda müsabiqənin dərc edilmə tarixi və vaxtı: 07.01.2024 17:37; Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 10.01.2024 12:00; Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.01.2024; Zərflərin açılış tarixi və vaxtı: 19.01.2024 12:00 müəyyən edilib.
Lakin dövlət satınalmalarının vahid internet portalında üstündən 3 ay keçməsinə baxmayaraq hələ bu açıq tenderin nəticələri barədə heç bir məlumat yoxdu. Amma qanuna görə Tibb Universitetinin Satınalmalar Komissiyası zərflər paketinin açılışından 5 bank günü ərzində satınalmanın nə qədər vəsait təklifi ilə hansı şirkətin qalib olduğunu elan etməli, gözləmə müddəti bitdikdən sonra satınalma müqaviləsinin bağlanılması barədə satınalmalarının portalında məlumat yerləşdərməli idi.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız hərtərəfli araşdırmalar zamanı Azərbaycan Tibb Universitetinin Satınalmalar Komissiyası tərəfindən Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsinin nə ləğv olunması barədə, nə də hansısa səbəbdən baş tutmaması barədə heç bir bildirişin yerləşdirilmədiyini müəyyən etdik.
Buradan suallar yaranır:
Azərbaycan Tibb Universitetinin Satınalmalar Komissiyası Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsinin nəticələrini nə üçün açıqlamayıb?
Açıq tender baş tutmayıbsa və ya ləğv edilibsə tədris müəssisəsinin Satınalmalar Komissiyası nə üçün qanunla müəyyən edilmiş qaydada səbəbini göstərməklə bildiriş verməyib?
Qeyd edək ki, burada daha bir müəmmalı məsələ var. Qeyd etdiyimiz kimi tenderin şərtlər toplusunda müsabiqənin dərc edilmə tarixi və vaxtı: 07.01.2024-cü il tarixə müəyyən edilib. Amma Tibb Universitetinin Satınalmalar Komissiyası tərəfindən tender və kotirovkaların keçirilməsi məqsədi ilə iddiaçılara verilən elektron dəvət elanlarının sıralamasında Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsi yanvar ayında deyil, lap aşağıda, 2019-2021-ci illərdə elan olunmuş satınalmaların sırasına yerləşdirilib. Maraqlıdır niyə?
Aydın məsələdir elan satınalmaların portalına bir prosedur qaydası kimi formal olaraq yerləşdirilib. Müqavilə Tibb Universitetinin rəsmilərinə yaxın şirkətlərin biri ilə bağlanılıb. Bəlkə də Klinikanın 4-cü mərtəbəsində cüzi kosmetik təmir işləri çoxdan aparılıb. İndi də büdcədən pul çıxarmaq üçün formal tender elan ediblər. Nə qədər büdcə vəsaitin ayrıldığını gizlətmək məqsədi ilə də tenderin qalibini açıqlamayıblar. Bu qədər sadə. Yoxsa, qanunla yanvar ayında elan olunmuş açıq tenderin nəticələri bu vaxta qədər açıqlanmalı, ya da baş tutmamasının səbəbləri göstərilməli idi. Necə ki, Tibb Universitetinin Satınalmalar Komissiyası baş tutmayan, ləğv edilən başqa satınalmalarda bu prosedura ciddi əməl edir, bildirişlər verir. Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan edilmiş açıq tender müsabiqəsində bu qaydalara nə üçün əməl edilməyib, çox müəmmalıdır.
Qeyd edək ki, elektron mediada həmçinin yazırlar ki, bir müddət əvvəl Səhiyyə Nazirliyinin xüsusi komissiyası Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yoxlamalara başlayıb. Səbəb Universitetin Stomatoloji Klinikasında yol veilən maliyyə pozuntuları olub. Amma elektron medianın yazdığına görə bu gün Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə Səhiyyə naziri Teymur Musayev arasında bir gərginlik yaşanmaqdadır. Bu gərginlik heç də Stomatoloji Klinikada yol verilən maliyyə pozuntuları ilə bağlı deyil. Əksinə, Klinikada gün ərzində qeyri-leqal olaraq toplanan pullara sahiblənmək üstündədir.
Maraqlıdır görəsən Səhiyyə naziri Teymur Musayevin bu ilginc faktlardan, Tibb Universiti tərəfindən Stomatoloji Klinikada cari təmir işlərinin satınalınması üzrə formal tender keçirməsindən, bu məqsədlə nə qədər büdcə vəsaiti ayrıldığından, həmin vəsaitlərin necə silindiyindən xəbəri varmı?
Tədris Stomatoloji Klinikasının doktoru Mahir Səfərova gəlincə. Onun artıq çoxdan Səhiyyə naziri Teymur Musayevin hədəfində olduğu bildirilir. Hazırda onun vəzifəsindən kənarlaşdırılması prosesi gedir. Tibb Universiteti tərəfindən Stomatoloji Klinikanın 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınmasına ayrılan vəsatlərin silinməsində onun da əlinin olduğu üzə çıxarsa, durum bu prosesi bir az da sürətlənə bilər.
Aftv.az
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır
Səhiyyə
23, apr, 2024
10:54

Son xəbərlər
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30