AFTV.az Pravda.aza istinadən bildirir ki, məsələnin hüquqi tərəflərini mütəxəssislərlə araşdırıb.
Hüquqşünas Əkrəm Həsənov deyib ki, bu, böyük təhlükədir: “Heç kimə bütün əmlaklarla əlaqədar əqdləri bağlamaq səlahiyyətini vermək olmaz. Sabah o, MTK-ya aid olmayan əmlakı da satar. Ümumiyyətlə, etibarnamə verərkən konkretliyə olmağa çalışmaq lazımdır. MTK sizdən niyə etibarnamə istəyir? Sizə nə lazımdırsa, gedib özünüz edin. Aydındır ki, çıxarış almaq məqsədilədir. Hələ yəqin ki, MTK buna görə vətəndaşlardan “xidmət haqqı” da alır. Verməyin! Deyin ki, hara getmək lazımdırsa, özüm gedəcəyəm. Heç kimdən zorla etibarnamə almaq olmaz. Mənzili almısınız, vəssalam. MTK-lar əlavə qazanc yeri axtarırlar ki, necə edim, vətəndaşdan əlavə qazanc çıxarım?”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də bildirib ki, vətəndaş bu cür etibarnaməni nəinki MTK-ya, hər hansı digər şəxsə belə verə bilməz:
“Etibarnaməni vətəndaş yalnız ən etibar etdiyi şəxsə, yaxud ər arvadına, ata övladına, bacı qardaşına və s. verə bilər. Çünki belə bir etibarnamə ilə şirkət həmin şəxsin bütün əmlaklarını sata, müqavilələrə xitam verə, əmlakı banka girov qoya, ipoteka kreditinə çevirə bilər. Şirkət əgər vətəndaşın mənzili üçün etibarnamə yolu ilə çıxarış alırsa, mütləq şəkildə həmin etibarnamədə bir istiqamət göstərilməlidir. Vətəndaşa məxsus olan ünvandakı mənzilin sənədlərini aidiyyəti quruma təqdim edib, digər sənədi götürmək olar. Birmənalı şəkildə həmin etibarnamə üzərindən alqı-satqı etmək, banka girov qoymaq, müqaviləni ləğv etmək kimi bütün müddəalar etibarnamədən çıxmalıdır. Vətəndaş qarşı tərəfə müqaviləni ləğv etmək səlahiyyəti belə verirsə, etibarnamə hər hansı fırıldaqçının əlinə keçsə, təbii ki, o, vətəndaşın həmin əmlak üzərində bağladığı müqaviləni ləğv edə, mənzili digər şəxsə sata, əmlakı sənədləşdirib, özününküləşdirə bilər. Bu cür etibarnamə çox təhlükəlidir. Bir sözlə, vətəndaş bu etibarnamə ilə bütün əmlakları üzərindəki hüquqlarını digər şəxsə ötürüb. Təbii ki, yanlışdır. Hər hansı şirkətin vətəndaşdan bu formada etibarnamə almaq səlahiyyəti yoxdur. Bu, vətəndaşın mülkiyyət hüququnun pozulmasına, mülkiyyətinin əlindən çıxmasına gətirib çıxara bilər”.
MTK-lardan qanunsuz addım: İpotekada olan mənzilə çıxarış alınması üçün bütün əmlaklara dair etibarnamə tələb edilir
Gündəm
22, iyl, 2025
00:05
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00