Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda fəaliyyət göstərmiş "Moon Kids" uşaq bağçasının direktoru Həvvaxanım Rüstəmovanın məhkəməsi davam edir.
AFTV.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu prosesə hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik edir.
Həvvaxanım Rüstəmovaya qarşı irəli sürülmüş ittihama görə o, ayrı-ayrı adamları işə düzəltmək, pensiya düzəltmək adı altında aldadıb. Əvvəlcə həbs olunsa da, ibtidai istintaq zamanı ev dustaqlığına buraxılıb.
Dəyən zərərin ümumi məbləği 500 min manata yaxındır. Zərərçəkənlərin sayı isə 132 nəfərdir. Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş qismində tanınıb. Aprelin 21-də keçirilən məhkəmə iclasında həmin qurumun nümayəndəsi mülki iddia təqdim edib. Məlum olub ki, Fond təqsirləndirilən şəxsə qarşı 32 min manatlıq mülki iddia qaldırıb. Fondun nümayəndəsi iddianı belə əsaslandırıb ki, Həvvaxanım Rüstəmova 92 nəfəri əmək müqaviləsi olmadan işə götürüb və Məcburi Dövlət Sığorta haqqı ödənilməyib. Buna görə də DSMF-yə 32 min manat civarında zərər dəyib. Həvvıxanım Rüstəmova iddia ilə razılaşmadığını deyib. Məhkəmə isə mülki iddianı icraata götürüb.
Bu iş üzrə zərərçəkən kimi tanınanlardan biri də Zərifə Osmanovadır. O, məhkəmə ifadəsində göstərib ki, Həvvaxanım Rüstəmova ilə bir müddət əvvəl özünə iş axtararkən internetdə qarşısına çıxan "iş var" tipli elanlar üzərindən tanış olub. Həvvaxanım Rüstəmova rəhbəri olduğu uşaq baxçasında işə düzəlməyin prosedurundan danışıb:
"Dedi, əvvəlcə bir müddət təcrübə keçməlisən. Bacım da iş axtarırdı. Biz ikimiz də o baxçada işə düəzlmək üçün hərəmiz 4 min manat vermişdik. Neftçilər filialında bir ay təcrübə keçəndən sonra Qara Qarayev filialında işə başladım. Baxdım ki, müəllimələrin sayı uşaqlardan çoxdur. Üstəlik, vəd etdikləri 600 manat maaşı da vermədilər. Bir neçə dəfə tələb etsəm də, gördüm ki, əmək müqaviləsi bağlamaq istəmirlər. Əmək müqaviləsi və mənə vəd olunan maaşı tələb edəndə mənə dedi ki, rədd ol. Beləcə, məni baxçadan qovdu. Mən və bacım polisə şikayət etdik. Şikayətdən sonra pulumdan 3 min manat qaytarılıb, qalan min manatı tələb edirəm".
Zərərçəkmiş məhkəmənin, dövlət ittihamçısının və vəkilin suallarını cavablandırdırıb.
Ötən məhkəmə iclaslazrında Həvvaxanım Rüstəmova dəymiş zərərin çox hissəsini ödədiyini və özünü təqsirli bilmədiyini deyib: "Bu müəssisəni yaradanda niyyətim dələduzluq etmək olmayıb, iş qurmaq istəyirdim".
Həvvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb. Həbs olunduqdan sonra direktoru olduğu "Moon Kids" Uşaq Bağçasının fəaliyyəti dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdə hesabları silinib. AFTV.az
Yarım milyon manatlıq dələduzluq ittihamı: "İlin ən uğurlu iş xanımı"nın məhkəməsi davam edir
Gündəm
23, apr, 2025
08:00
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00