Yanvarın 23-ü səhər saatlarında Bakıda, 212 saylı məktəbdə valideyn İlahə Hüseynova təhsil ocağının direktoru və adıçəkilən müəssisədə mühafizəçinin hücumuna məruz qaldığını iddia edir.
Lent.az xəbər verir ki, bu barədə “Hörümçək TV”-yə məktəb rəhbərinin, direktor müavini və mühafizəçinin hücumuna məruz qaldığını söyləyən İlahə Hüseynova məlumat verib.
Valideyn İlahə Hüseynovanın iddiasına görə, bu gün səhər 212 saylı məktəbə çağırılıb.
Övladının sinif rəhbərinin çağırışı ilə təhsil ocağına gələn valideyn burada hücuma məruz qaldığını dilə gətirib:
“Övladım Nərimanov rayonunda yerləşən 212 saylı məktəbin rus bölməsində təhsil alır. Yeddinci sinifdə təhsil alan Markov Məmmədxan Alekseyeviçin anasıyam. Bu səhər qızımı aparıb məktəbə düşürdüm. Qızım birinci növbədə təhsil alır. Saat 9-da gördüm oğlumun sinif rəhbərindən – Nüşabə Qasımovadan mənə mesaj gəlib. Mesajda qeyd olunurdu ki, bütün müəllimlər, valideynlər Məmmədxandan şikayətçidirlər və Məmmədxan təcili şəkildə məktəbdən çıxmalıdır. Mən də bir ana, valideyn olaraq sinif rəhbərinə səs atdım ki, Nüşabə müəllimə indi özümü məktəbə çatdırıram. İşdə də ola bilərdim, sonra da gedərdim, amma valideyn kimi məsuliyyət daşıyıram, getdim”.
Valideyn İlahə Hüseynovanın iddiasına görə, hadisələr elə bu zaman özünün kuliminasiya nöqtəsinə çatıb:
“Oğlumun sinif rəhbərinə dedim ki, kimlər, hansı müəllimlər Məmmədxandan şikayət yazıblarsa, çağırın, söhbət edək. Görək, uşağın problemi nədir?! Müəllim dedi ki, vaxtım yoxdur, mən səni çağırmamışam. Cavab verdim ki, necə çağırmamısınız, axı, siz mənə səsli mesajlar göndərmisiniz?! Biz dəhlizdə söhbət edirdik. Bir az emosional danışırdım, çünki iki gündən bir məni məktəb direktorunun otağına çağırırdılar. Övladım cinayət törətməyib, heç kimin uşağına sataşmayıb, kiminsə cibinə girərək pul oğurlamayıb. Heç kimi təhqir etməyib. Bu barədə direktor Sevil Cavadovaya məlumat verdilər. Direktor da bayıra çıxdı və möhkəm şəkildə əlimdən tutaraq məni itələdi. Ona dedim ki, niyə məni bayıra çıxarırsınız, mən sizin yanınıza söhbətə gəlmişəm. Bildirdim ki, gedək otağınıza, orada söhbət edək. Gördü ki, mən yerdən bərk yapışmışam, çıxmaq istəmirəm. Bu zaman məktəbin direktoru mühafizəçini çağırdı ki, gəlib ona kömək etsin. Sonra məktəbin qapısını bağladılar (ağlayır-T.T), sonra məktəbə gələn uşaqlara dedilər ki, içəriyə arxa qapıdan keçsinlər. Mühafizəçi ilə birlikdə məni itələyə-itələyə bayıra çıxardılar”.
İlahə Hüseynova iddia edir ki, bu zaman ona zor tətbiq edənlər daha aşağılayıcı hərəkətlər ediblər:
“Saçımdan tutub itələdilər. Bu zaman kofta əynimdən elə çıxdı ki, iç paltarım görsəndi. Bütün bunlar şagirdlərin gözünün qarşısında baş verdi. Çünki tənəffüs idi. Müəllimlər də baş verənləri gördülər. Məni məktəbdən bayıra atdılar. Məktəbin qapısını da, darvazanı da bağladılar. Bir valideyn olaraq məni niyə bayıra atırlar, səbəbi nədir?! Mənə əl qaldırdılar, döydülər. Axı, mən ora adam döyməyə, təhqir etməyə gəlməmişdim?! Özümü çox pis hiss edirəm, rahat danışa bilmirəm, üzr istəyirəm. Direktor dedi ki, sən yüksək tonla danışırsan və mənim sakitliyimi pozursan (yenə ağlayır). Direktor mənə dedi ki, məni başqa direktorlarla səhv salma, halbuki, 8 ildir həmin məktəbdə 3 uşağım təhsil alır. Bu günə qədər heç bir müəllimlə, direktorla problem yaşamamışam”.
İlahə Hüseynovanın redaksiyamıza göndərdiyi şəkillərdən belə aydın olur ki, Məmmədxan Markov fəal şagirdlərdəndir. Sinif rəhbəri ilə çəkdirdiyi fotolarda yaxasından xeyli medal asıldığı, əlində “Diplom”, “Fəxri fərman” tutduğu görünür.
Məmmədxanla sinif rəhbəri burada qalsın, indi sizə kimdən deyim, nədən danışım – məktəb direktoru Sevil Cavadovadan və onun bizə söylədiklərindən...
Məsələ ilə bağlı qarşı tərəfin – 212 saylı təhsil ocağının direktoru Sevil Cavadova ilə əlaqə saxlayıb onun mövqeyini öyrənməyə çalışdıq. Amma ilk cümləsindən hiss olundu ki, məktəb direktoru sualımızdan yayınmağa çalışır:
- Sevil xanım, salam!
- Salam!
- Sizi narahat edən “Hörümçək TV-dən Turaldır.
- Buyurun.
- Valideyn İlahə Hüseynova redaksiyamıza müraciət ünvanlayıb. Bu gün siz və müavininiz tərəfinizdən təhqir olunduğunu, döyüldüyünü iddia edir. Məsələyə münasibətinizi öyrənmək istəyirik.
Bir neçə dəfə imzamı və əməkdaşı olduğum “Hörümçək TV”-nin adını təkrarlayır. Məktəb direktoru sanki hansı cavabı verəcəyi ilə bağlı “vaxt udmağa” çalışırdı. Müəyyən qısa sükutdan sonra telefonun o başından məktəb rəhbərinin səsi eşidilir:
- Hazırda bələdiyyə seçkiləri ilə bağlı işdə deyilik. Seçkidə məntəqə sədri kimi fəaliyyət göstəririk. Təfərrüat öyrənildikdən sonra sizə məlumat verilər.
- Müəllim, valideyn sizi şəxsən ittiham edir. Yəni əsas ittiham olunan tərəf sizsiniz. Hansı təfərrüatı nəzərdə tutursunuz?
- Təfərrüatı öyrənib sizə məlumat verərik, təşəkkür edirəm – deyib, valideyn döyməkdə ittiham olunan məktəb direktoru telefonu üzümüzə söndürür.
Aftv.Az
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Gündəm / Təhsil / Video
24, yan, 2025
14:00
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00