Xalqın şüurunda belə bir stereotip formalaşıb ki, qadın rəhbər olan yerdə səliqə-səhman var, məsuliyyət var, müsbət nəticə var. Ölkəmizdə gender bərabərliyinin təmini, cəmiyyət həyatında qadın iştirakçılığının və fəallığının artırılması müstəvisində əhəmiyyətli tədbirlər həyata keçirmiş və keçirməkdədir. Məsələn, ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafının təşviqi, eləcə də parlament və bələdiyyə seçkilərində qadınlara səs verilməsi də bu sahədə diqqətaliyiq inkişafın göstəricisidir.
Yəqin ki, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsinin bələdiyyə sədri Cəmilə Ağayevaya az-çox səs vermiş olan sakinlər də ümid edirmişlər ki, bundan sonra qəsəbənin yerli əhəmiyyətli məsələlərinin həllində Cəmilə xanımın köməyi dəyə bilər. Amma seçicilər C. Ağayevanı yerli özünüidarəetmə orqanına üzv seçmişdilər, sədr deyil.
Budur, 29 yanvar 2025-ci il tarixi Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günü kimi təyin olunub. Bələdiyyə üzvlüyünə namizədliyini irəli sürən Cəmilə Ağayeva isə hələ seçki olmamış özünü artıq “seçilmiş” kimi aparır, növbəti 5 illiyə özünü hazırlayır. Görünür, o, məsələnin seçicilərin səsi ilə deyil, “yuxarılarda” kiminsə, kimlərinsə təyinatı əsasında həll olunduğuna əmindir.
Son illər C. Ağayeva haqda mətbuatda, mediada gedən məlumatlardan bəlli olur ki, o, işlədiyi dövrdə heç də müsbət xarakterizə olunmayıb. Bələdiyyənin balansında olan qəbirstanlıqda məzar yerlərinin satılması məsələsində ehtikarlıq etməsi, pandemiya dövründə epidemiya əleyhinə qaydalara zidd gedərək təmtəraqlı xeyir-şər məclisləri düzənləməsi onu qınağa tuş gətirmişdir.
Yaxın keçmişdə, 2023-cü ilin noyab ayında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Ağayeva Cəmilə Nəzər qızının vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş etdiyi barədə xəbər yayıldı.
2024-cü ilin iyulunda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Cəmilə Ağayevaya cərimə yazdı. Dövlət Xidməti bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, cərimə protokolu tərtib etdi. Buna səbəb isə C. Ağayevanın baş verən bədbəxt hadisə barədə müvafiq qurumu vaxtında məlumatlandırmaması olmuşdu. Bələdiyyə sədrinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Ancaq vəzifəli şəxsin hadisə barədə məlumatı gizlətmək cəhdi onun özünün məsuliyyətdən yayınmaq istəyi ilə də əlaqəli ola bilərdi. Təəssüf ki, məhkəmələrdə mübahisələndirilən bu çəkişmələrin təfərrüatları ictimaiyyətə açıqlanmamış qaldı.
Bütün hallarda rəvac verdiyi bu sadalanan nöqsanlar (yumşaq ifadədir – “Gündəm Xəbər”) Cəmilə Ağayevanı növbəti bələdiyyə seçkilərində yenidən namizədliyini vermək fikrindən daşındırmalı, vəzifədən necə deyərlər, “üzüsulu” getməyə sövq etməli idi. Ancaq görünür, onun niyyəti heç də xalqa xidmət etmək deyil, kürsüsündən bərk yapışmaq, təkbaşına qərarlar verməkdə davam etməkdir. O kürsüdən ki, ona yalnız quru maaş qazandırmayıb.
İnsafən, qeyd edək ki, C. Ağayeva yetərincə savadlıdır. Hal-hazırda sonuncu kursunda qiyabi oxuduğu Dövlət İdarəçilik Akademiyası onun dördüncü təhsil müəssisəsidir. Özü də “beşikdən qəbrə qədər oxuyanlardanam” deyib öyünür. Halbuki, yiyələndiyi ixtisasların heç biri üzrə istedadı üzə çıxmayıb. Qohumu olduğuna görə fəxr etdiyi, Azərbaycanın ilk peşəkar rəssamlıq təhsili almış qadın rəssamı rəhmətlik Maral Rəhmanzadə kimi incilər yaratmayıb. Baxmayaraq ki, birinci ixtisası incəsənət üzrədir. Göründüyü kimi, hədəfləri böyükdür. Hətta söz gəzir ki, Cəmilə xanım məhrəm məclislərdə ümumən Suraxanı rayonuna uğurla başçılıq edə biləcəyini, lakin hələ o vaxtın yetişmədiyini də anons edib.
Amma savad çox şey demək olsa da, hər şey demək deyil. Bir bələdiyyəni idarə edə bilməyən dövləti, dövlət qurumunu, yaxud rayonu necə idarə edə bilər axı? Daha yaxşı olmazmıydı ki, C. Ağayeva bələdiyyə işlərini daha bacarıqlı həmkəndlilərinə buraxıb heç olmasa axırıncı kursu əyani oxusun?
Son söz: Əmircan deyiləndə Abbasqulu Ağa Bakıxanov, Murtuza Muxtarov, Ağaxan Abdullayev, Səttar Bəhlulzadə, Əlisöhbət Sumbatzadə, Tofiq Bayram və başqa görkəmli ziyalılar yada düşəcək, amma Cəmilə Ağayeva tez unudulacaq.(gundemxeber.az).
Aftv.az
Əmircanın “beşikdən qəbrə qədər” bələdiyyə sədri Cəmilə Ağayeva “icra başçıları məktəbi”ndə oxuyurmuş... -İLGİNC
Gündəm
16, yan, 2025
13:30

Son xəbərlər
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30
Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA
28, fev, 2025
13:00
Xocalı faciəsi qan yaddaşımız!
26, fev, 2025
08:37
Emil Əhmədov yüksək vəzifəyə təyin olundu
24, fev, 2025
11:30
Azərbaycanda general vəfat etdi (FOTO)
24, fev, 2025
11:23