Dekabrın 14-də Avrasiya Hospitalda ölümlə nəticələnən hadisə baş verib. Kürdəmirdə doğulan, Bakı şəhəri, Xətai rayonunda yaşayan Məmmədov Arif Əlisəfa oğlu həkim səhlənkarlğından dünyasını dəyişib.
Bu haqda Yenixeber.org-a mərhumun qardaşı Mais Məmmədov məlumat verib.
O, qardaşının aldadılaraq Hospitala dəvət edildiyini və heç bir hazırlıq işləri görülmədən damarına stend qoyulması üçün aparılan əməliyyat zamanı dünyasını dəyişdiyini deyib. Zərərçəkən tərəf olaraq Hospitalı ittiham edən Mais Məmmədov onu da israrala qeyd edir ki, qardaşı dünyasını dəyişdikdən sonra onun ölümünü yaxınlarına bildirməməklə daha dəhşətli cinayətə imza atıblar. Belə ki, mərhumun sağ olduğunu, əməliyyat sonu reanimasiyaya yerləşdirildiyini və oksigen aparatına qoşulduğunu deyib və cinayətin baş verdiyi anı uzadaraq ölümün əməliyyatdan deyil, müxtəlif fəsadlardan olduğunu bildirmək istəyiblər.
Lakin bunu sona qədər edə bilməyiblər, Mərhumun yaxınlarının tələb və təzyiqindən sonra nəhayət ölüm faktını etiraf ediblər.
Mərhum Arif Məmmədov hadisədən 14 gün əvvəl, Noyabrın 30-da adıçəkilən Hospitalda əməliyyat olunub və onun 2 damarına stend yerləşdirilib. Ümumilikdə 4 ədəd stend qoyulacaqmış. Əməliyyatı edən cərrah Elnur Əlizadə deyib ki, 14 gündən sonra Bakıda olacaq və daha iki damara stend qoyulacaq. Xatırladaq ki, o Türkiyə Cümhuriyyətində işləyir və ayda iki dəfə gəlib burada əməliyyat edir. Onun üçün xəstələri Zəhra adında tibb işçisi toplayır. Bu dəfə də elə olur...
Arif həkimə və yaxınlarına bildirir ki, damarlarına stend qoyulandan sonra özünü daha pis hiss edir. Onu həkim inandırır ki, bu keçici haldır. Beləliklə onu dekabrın 13 də zəng edib əməliyyata dəvət edirlər. Beləliklə, ğursuzluqla nəticələnən əməliyyat başlayır. Əməliyyat öncəsi mərhum yaxınlarına votsap vasitəsi ilə zəng edərək səs atır: Mənə iynə vurdular, halım daha da pisləşib.
Lakin, Yenixeber.org-a olunan mürəciətdə qeyd edilir ki, həkim Elnur Əlizadə xəstəyə iynə vurduğu ilk anda onun həyatına son qoyur. Bundan sonra heç bir hadisə baş verməmiş kimi digər xəstəni əməliyyat etmək üçün gedir. Axı ayda iki dəfə onun üçün xəstələr yığılır və o Türkiyədən gələrək 1 gün ərzində əməliyyatları edib gedir.
Dəhşətli olaylardan biri də ondan ibarətdir ki, əməliyyatı icbari sığortanın maliyyə dəstəyi ilə etdirdiklərini deyən hospital rəhbərliyi qarşı tərəfdən aldıqları 3.000 (Üç min) manata görə heç bir sənəd də verməyiblər.
Bundan əlavə, Mais Məmmədov Yenixeber.org-a bildirdi ki, Hospitalın liftinə minmək istədikdə, liftin şaxtasına yıxılır. 8 qabırğası, diz və çanaq oynaqları, digər əzaları sınır və çat verir. Baclılarının ürəyi gedir, lakin hospitalda heç bir ilk tibbi yardım göstərilmir. Neftçalada toyda olan baş həkim Azər Nağıyevə zəng olunur. Bundan sonra bir şəfqət bacısı yaxınlaşır, hospitalda ağrıkəsici iynənin belə olmadığını deyir. Məcbur olub, Hospitala təcili tibbi yardım çağırılır...
Redaksiyadan: Biz Yenixeber.org olaraq məlum prinsip və qanunlara uyğun olaraq yazıda yer alan iddialarla bağlı qarşı tərəfi də, dinlədik. Bizimlə telefon söhbətində Avrasiya Hospitalının direktoru Vaqif Mirzəyev səslənən iddialarla razılaşmadı: Xəstənin vəfatının araşdılımasında biz də, maraqlıyıq. Hazırda müvafiq ekspertiza aparılır. İddia olunan 3000 manat da, yalandır. Əgər belə hal olubsa, ortaya bir sübut qoyulsun. Lift məsələsinə gəlincə, bildirim ki, xəstənin yaxınları lifti ayaq zərbələri ilə zədələyiblər və mən qaışıq Hospitalın 4 əməkdaşına zor tətbiq edib, bədən xəsarəti yetiriblər. Hazırada həm ölüm faktı, həm də zorakılıqla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.(Yenixeber.org)![]()
![]()
![]()
![]()
![]()
Aftv.az
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+FOTOLAR
Gündəm
13, yan, 2025
15:32
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00