Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin - hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib. “AzadlıqRadiosu” xəbər verir ki, bu bilgi gömrük generalının öz ifadəsində əksini tapıb.
Onun dediklərindən belə məlum olur ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdığından rəhbərliyə çatdırılan pullar da çoxalıb. Məsələn, 2020-ci ildə rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub.
2001-ci ildən Naxçıvan MR gömrük sistemində inspektor kimi işə başlayan S.Həbibbəyli 10 il sonra komitə sədrinin müavini təyin edilib. O, 2018-ci ilin noyabrınadək həmin vəzifədə çalışandan sonra sədr vəzifəsini icra etməyə başlayıb. 2019-cu ilin martında isə Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun fərmanı ilə Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli isə o vaxt oğlunun saxlanması haqda iddiaları nə təsdiq, nə də təkzib edib.
“Oğlum bilmirəm haradadır, xəbərim yoxdur. Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”, - deputat oğlunun saxlanması haqda sualı belə cavablamışdı.
2022-ci il noyabrın 28-də Prezident İlham Əliyev Naxçıvan MR Dövlət Gömrük Komitəsinin ləğvi barədə fərman imzaladı. Fərmana əsasən, onun əvəzinə Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı və bu idarə Dövlət Gömrük Komitəsi strukturuna daxil edildi.
General S.Həbibbəyli ifadəsində 2018-ci ilin noyabrından 2022-ci ilin noyabrınadək komitə sədri işlədiyi dövrdə çatdırdığı pullar barədə bunları deyib: “2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.
O vurğulayıb ki, rəhbərliyə çatdırılan yüz milyonlarla dolların hamısı qeyri-rəsmi şəkildə toplanan və büdcədən yayındırılan gömrük rüsumları idi.
S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, hələ sədrin müavini işlədiyi dövrdən belə olduğunu deyir.Onun sözlərinə görə, komitə sədri təyin ediləndə də çağırıb deyiblər ki, əvvəlki qaydada işləməyə davam edəcəklər: “Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir”.
S.Həbibbəylinin dediyinə görə, razılaşma belə olub ki, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb.
Azpolitika.info yazır ki, həmin vaxt Naxçıvan MR Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov və muxtar respublikanın maliyyə naziri olan Rəfael Əliyev də həbs edilmişdi.
M.Əsgərov və R.Əliyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirilib.
2023-cü ilin aprelindən bəri hər ikisinin işinə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində baxılırdı.
Onların birlikdə mühakimə olunmasının bir səbəbi də budur ki, R.Əliyev 2020-ci ildə nazir təyin edilməzdən öncə Gömrük Komitəsində M.Əsgərovun vəzifəsində çalışıb. Ona həm şöbə rəisi, həm də nazir işlədiyi dövrlə bağlı ittihamlar verilib.
Cinayət işinin materiallarında yazılırdı ki, (mənbə-Gununsesi.info) Naxçıvan MR-ə gətirilən, ixrac edilən və tranzit nəqliyyat vasitələri ilə keçən mallara dair bilgilər qanunla müəyyənləşdirilmiş qaydada mərkəzləşdirilmiş sistemə daxil edilməli idi. Ancaq Naxçıvan MR Gömrük Komitəsi qanunsuz şəkildə özbaşına alternativ proqram yaradıb və hesabatlar ora daxil edilib. Məhz həmin hesabatdan özləri gerçək durumu biliblər. Büdcəyə isə gələn vəsaitlərin cüzi bölümü köçürülüb.
Özünü qismən təqsirli bilən M.Əsgərov məhkəmədə deyib ki, 2020-ci ildə gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi təyin olunarkən Naxçıvan MR Gömrük Komitəsinin sədri Səhhət Həbibbəyli onu qəbul edərək proqramdankənar rüsumların toplanması və ona çatdırılması barədə tapşırıq verib: “Şöbə rəisləri toplanan pulları sistemlə eyniləşdirmə aparılması üçün mənə gətirirdi. Mən də eyniləşdirmə başa çatandan sonra sistemdən çıxan hesabatla birlikdə idarə rəisinə verirdim. İdarə rəisi də komitə sədrinə çatdırırdı. Komitə sədri idarə rəisinə göstəriş vermişdi ki, gündəlik 5-10 maşın rəsmi proqrama daxil edilsin, qalan maşınlarsa qeyri-rəsmi proqrama işlənsin”.
M.Əsgərov vurğulayıb ki, toplanan pulun üstündən onun bir manat da götürməyə ixtiyarı yox idi, axı qeyri-rəsmi sistemi də səlahiyyətli şəxslərin hamısı, o cümlədən komitə sədri görür və hesabatlar təqdim olunurdu. Onun sözlərinə görə, işə başladığı vaxtdan davam edən prosesin iştirakçısı olub: “Dövlətin generalının verdiyi tapşırığı icra etmişəm. Sadəcə, şöbə rəisi olduğum iki il ərzində aylıq 3 min manat paket almışam”.
M.Əsgərov və R.Əliyevin hər ikisinə bugünlərdə hökm oxunub və şərti cəza verilib.
“Yeni Müsavat”
Aftv.Az
AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - və ŞƏRTİ CƏZA...
Gündəm
10, yan, 2025
11:44

Son xəbərlər
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30
Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA
28, fev, 2025
13:00
Xocalı faciəsi qan yaddaşımız!
26, fev, 2025
08:37
Emil Əhmədov yüksək vəzifəyə təyin olundu
24, fev, 2025
11:30
Azərbaycanda general vəfat etdi (FOTO)
24, fev, 2025
11:23