"Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev ölümlə nəticələnən qəza törədib.
Yanvarın 8-də Sabunçu körpüsü yaxınlığında "Mercedes" markalı 77 YD 054 nömrə nişanlı avtomobilin 40-45 yaşlarında piyadanı vurması və nəticədə həmin şəxsin ölməsi ilə bağlı xəbər demək olar ki, bütün xəbər saytlarında yayımlandı. Məlumatda hadisəni törədən şəxsin 1980-ci il təvəllüdlü Abdullayev Nail Fuad oğlu olduğu və faktla bağlı Sabunçu RPİ-də cinayət işi başladığı da vurğulanır.
Hər bir insanın ölümü faciədir. Təəssüflər olsun ki, son zamanlar yol qəzaları saysız insan ömürlərinə vaxtsız son qoyub. Bu hadisənin də onlardan biri olduğunu düşünmək olar. Lakin hadisəni törədən Abdullayev Nail Fuad oğlunun sıradan bir vətəndaş olmadığı, yüksək vəzifəli məmur olduğu aşkarlanandan sonra maraqlı məqamlar üzə çıxır. Birincisi qarışqadan fil düəltmək həvəskarı olan əksər medya orqanları nədən hadisəni məhz "vətəndaş Abdullayev Nail Fuad oğlunun" törətdiyini bildirdilər. Axı insan ölümüylə nəticələnən qəzanı "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini törədib. Çox yüksək bir postun sahibi olan şəxsin insan ölümüylə nəticələnən bir qəza törətməsini adi bir vətəndaşın hadisə törətməsi kimi təqdim etmək hansı maraqlara xidmət edir?
Ən azından hansısa xarici ölkədə əyalət bələdiyyəsi sədrinin hər hansı cinayət tərkibli əməlini manşet xəbəri edənlər qosqoca nazir müavininin adam öldürməsinə nədən belə biganəlik göstərirlər? Baş vermiş hadisəyə ilkin yanaşma istintaq prosesinin də obyektivliyini şübhə altına alır. Hər halda ümid edək ki, insan ölümünə səbəb olan qəzanın araşdırılması daha obyektiv və ədalətli aparılacaq.
Xalq.az
Aftv.Az
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Gündəm
9, yan, 2025
17:42
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00