Dünyadakı xalqların hamısına dövlət qurmaq nəsib olmayıb. Ermənilər, xüsusilə Osmanlının dağılması ərəfəsində dövlət qurmaq üçün addımlar atırdı. Ən nəhayət. Azərbaycan torpaqlarında sahəsi 9 min kvadrat km. olan dövlət qurmağı bacardılar. İstər hiyləgərlik deyin, istər tülkülük; ən aşağılayıcı sözlərlə ifadə edin, nəticə olaraq Ermənistan adlı dövləti qura bildilər. Bununla da qalmayıb, o dövlətin ərazisini yenə Azərbaycan torpaqları sayəsində artıraraq 29 min kvadrat km. etdilər. SSRİ-nin dağılması ilə Qarabağı işğal edərək ərazilərini daha da genişləndirməyi planladılar. 30 il sonra Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə vermədi, yaxud öz torpaqlarının Ermənistana birləşdirilməsinin qarşısını ala bildi. Hazırkı sərhədlər daxilində İkinci Dünya müharibəsinin sonunda qurulan nizama görə Azərbaycanın qalib gəldiyini deyə bilərik. Reallıqda necə qalib gəlmişik? Bu barədə bir qədər sonra…
Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə Azərbaycanın ümumi sahəsinin 86.6 min kvadrat km. olduğunu qəbul etdiklərini və tanıdıqlarını bəyan edib. Ardınca Nikol Paşinyan bildirir ki, Azərbaycan da Ermənistanın ümumi sahəsinin 29 min kvadrat km. olduğunu dilə gətirsin. Rəsmi Bakı buna getmir, getməməkdə də haqlıdır. Rəsmi Bakı bunu qəbul edəcəyi halda, Ermənistanın işğal edərək ələ keçirdiyi 20 min kvadrat km ərazini tanımış olacaq. Cümhuriyyətin varisliyi, üzərinə sabiq prezidentlərinin qərbi azərbaycanlıları köçürməklə necə dövlət qurmaqlarını və strateji hədəflərinə çatmalarını Azərbaycan necə həzm edə bilər?
Ona görə də indiki məqamda Azərbaycan Qarabağı işğaldan azad etməklə qalib kimi görsənsə də, Ermənistan dövlətinin hazırkı ərazisini tanıması ermənilərin strateji qələbələri olacaq. Müharibə olmasın, şəhidlər olmasın, dinc yaşayaq deyən insanları anlayıram. Ancaq qarşında dayanan bir xalq var ki, o dinc durmaq istəmir, durmayacaq da. Azərbaycan Qərbi Azərbaycan İcmasının fəaliyyətini daha da artırmalı, bu prosesi elə bir həddə çatdırmalıdır ki, insanlar necə Qarabağ deyirdisə, eləcə də Qərbi Azərbaycan deməlidir.
Rəsmi Bakının bu mövqedə olduğunu Prezident İlham Əliyevin müsahibəsində aydın şəkildə görmək olurdu. İlham Əliyev erməni ideologiyasını, onun daşıyıcılarını və Ermənistanı faşist dövlət adlandırdı, faşizm təhlükəsinin qaldığını dilə gətirdi. Əlavə olaraq bildirdi ki, faşizmi ya Ermənistan özü məhv edəcək, ya da Azərbaycan. Prosesin hara, hansı istiqamətə yönəldiyini müəyyən etmək o qədər də çətin deyil. Açıq şəkildə görünür ki, rəsmi Bakı Ermənistan qarşısında qətiyyən güzəştə getməyəcək, əksinə, sərt ritorikasını bir qədər də artıracaq. Çox keçmədən rəsmi Bakının digər 4 kəndi də tələb edəcəyini görəcəyik. Bu yöndə təzyiqlər qarşısında Ermənistan necə davranacaq; prosesin gedişi məhz bundan asılı olacaq.
Faktiki olaraq, görürük ki, İkinci Dünya müharibəsinin nəticəsində yaranmış nizam artıq işləmir. Yeni nizam isə böyük müharibələrsiz yaranmır, yarana da bilməz. Hər nə qədər Donald Tramp münaqişələri bitirəcəyini bəyan etsə də, bunun nəfərin bacaracağı məsələ olmadığı hər kəsə aydındır. Dünyada baş verən proseslər onu deməyə əsas verir ki, ölkələr böyük müharibəyə hazırlaşır. Demək olar ki, bütün ölkələr hərbi xərclərini rekord həddə çatdırıb. Bu prosesin səngiyəcəyini də düşünmürəm. Göstərilən rəqəmlər hələ rəsmi olanıdır, qeyri-rəsmi olaraq dövlətlər hərbi gücü artırmağa daha çox vəsait yönəldəcək.
Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, Ermənistanın silahlanması təhdid yaradır və buna izləyici qalmayacaq. İlk tələb silahların geri qaytarılmasıdır. Ermənistan tərəfi silahları geri qaytaracaq? Qətiyyən bunu gözləmirəm. Bu, o deməkdir ki, ikinci variant daha ön plana çıxacaq. Köhnə nizam işləmirsə, köhnə nizamın ön ağır ifadəsi “işğal” sözü də işləməyəcək. Yəni kimin gücü hara qədər çatır, ora qədər də gedə biləcək. Donald Tramp açıq şəkildə bəyan etdi ki, Kanadaya o qədər vəsait verməkdənsə, elə bir dövlət olmaq daha məntiqlidir. Bundan əlavə, Danimarkaya məxsus Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün onlara lazım olduğunu və Panama kanalı barədə mesajları onu deməyə əsas verir ki, ABŞ özü də yeni nizama daha böyük şəkildə girmək istəyir.
Putin ötənilki müsahibələrinin birində açıq şəkildə bildirmişdi ki, kiçik və müstəqil olmayan dövlətlər olmayacaq. Böyük dövlətlər milli təhlükəsizliyini, özünə qarşı olan təhdidləri səbəb və ya bəhanə gətirərək hədəflərini ortaya qoyursa, reallıqda daha çox böyüyürsə, Azərbaycan niyə etməsin? Məsələn, Ermənistan faşist dövlətdir – gül kimi həm səbəbdir, həm də bəhanə…
Səxavət Məmməd
TEREF
Aftv.Az
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin indiki məqamda bağlanması tələdən başqa bir şey deyil. Niyə tələ?- Səxavət Məmməd yazır
Gündəm
9, yan, 2025
12:51
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30