Dövlət Sərhəd Xidmətinin mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovun hücuma məruz qalması sıradan hadisə deyil. Hücumun sifarişçisinin Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Ramal Aslanov olduğu bildirilir. Bütün paytaxtın kamera nəzarətində olduğu bir şəraitdə R.Aslanovun bir qrup azğın dəstəsinin nümayişkəranə şəkildə adam döyməsi hədsiz arxayınlığın, özgüvənin və qudurğanlığın nəticəsidir.
Dekabrın 25-də şəhid olan pilotumuz Aleksandr Kalyaninov da 1992-ci il təvəllüdlüdür, Ramal Aslanov da! Biri göyün üzündə 30 insanın həyatını xilas edib, biri də adam döydürür. Mən dəqiq əminəm ki, Ramal həmişə Aleksandrdan yaxşı yaşayıb, heç bəlkə Aleksandrın maşını da olmayıb.
Bizim cəmiyyət zəifləri linç etmək üçün tez səfərbər olur, amma Ramaldan və onun arxasındakı dostlardan qorxurlar. Bir neçə gündür dövlətin mayoru döyülüb, onu döyənlər əvvələr də evinə basqın ediblər, amma hamı susub. Niyə? Çünki Ramalın qolundan, pulundan, hətta Feysbuk profilindəki şəkillərindən qorxurlar. Siyavuş Novruzovu lağa qoymağa nə var ki… Amma yaxşı ki, dövlət var, sifarişçini də, xuliqanları da içəri soxub. Hadisə dövlətin yox, sosial şəbəkə istifadəçilərinin ümidinə qalsaydı, Ramalın əvəzinə gedib “Baboş”u tutub içəri soxardı.
Ümumiyyətlə, ölkədə idmana və idmançılara münasibət dəyişməlidir. Döşək üstündə hansısa fənd işlətməklə yüz minlərlə pul vəsaiti və çox bahalı hədiyyələrlə mükafatlandırılan idmançıların hərəkətləri nümunəvi olmalıdır. Reallıq isə başqa şəkildədir. Pul da verirlər, vəzifə də, ev də, maşın da! Dünya və olimpiya çempionu olan elə idmançılarımız var ki, idmandan uzaq düşüblər, özlərindən sonra məktəb qura bilmirlər, iş adamı olublar, “razborka”lara gedirlər. Titul sahibi olan nə qədər idmançılarımız var ki, özlərini ölkənin yiyələri hesab edirlər. Bu adamları bu cür harın mövqeyə çatdıran dövlətin xoşməramlı diqqəti və qayğısıdır. İdmançılar bina tikir, otel işlədir, marketlər açır, avtosalonlar qururlar, bu azmış kimi iş adamları arasında “razborka”ları həll edirlər, bəzi məmurların tapşırıqlarını icra edirlər. İndi təsəvvür edin, Kikboksinq Federasiyasının rəhbərliyində olan hər kəs bina tikir. Elə bil, elə bil yox e, elə əslində mafiyadırlar, Bakının neçə rayonu bunların himayəsindədir. Tiksinlər də, amma o qədər harınlayıblar ki, dövlətin zabitini də döyürlər.
Əvvəllər “razborka” məsələləri avtoritetlərin işi hesab olunurdu. Bəxtiyar, Hikmət, Mamed, Rövşən, Quli kimi adamların olmadığı dövrdə Ramal və onun qulağıqırıq dostlarının “lotu"luq” etməsi adama pis təsir edir. Bu adamlar lotu deyil axı, ola da bilməzlər. Dövlətin mayorunu döydürən, evinə hücum çəkən Ramalın çəkisi rəhmətlik Bəxtiyarın təsbehindən yüngül idi. Evə hücum çəkərlər ə?! Belələri rəhmətlik Rövşənin maşının qapısını da açıb bağlaya bilməzdi. Rəşid müəllim demişkən, lotusanmı ə sən? Əgər lotusansa və cəsarətin çatırsa, get “Rufo”ya iliş də. Cəmi bir saata qarşısında diz çökdürərlər, qırıq qulağını da kəsib küçəyə tullayarlar. Şəhərdə ən bahalı maşınlar bu idmançılardadır, yanlarından sürətlə ötsən, gəlib boynunu qırarlar, ən təm-təraqlı məclislər, bahalı restoranlar da bunların ixtiyarındadır. Nə edib də, bunlar, kimdirlər axı!? Gedib döşək üstündə birini yerə yıxıb pul qazanmısan da, səndən bu xalqa, bu dövlətə nə fayda var axı… Döşək üstündə min dəfə də bayraq qaldırsan da, Lələtəpədə, Füzulidə, Xankəndidə bircə dəfə Azərbaycan bayrağını qaldıranlar qədər milli zövq verə bilmirsən. O XTQ zabitlərinin yerinə siz olsaydınız, indi belimizə minərdiniz. Bəlkə bir erməninin burnunu qanadmısan? Döşəkdə yox, həqiqi döyüşdə! Yerini və dəyərini saxlamağı bacar da!
Bütün bunlarla yanaşı, bizim nə qədər mədəni, sadə, ailəcanlı çempionlarımız var, onları cəmiyyətimiz də yaxşı tanıyırlar. Başlarını aşağı salıb işlərini görürlər, onlara sataşsan da, səni döyəsi deyillər.
İndi çarx fırlanıb, Federasiyada Ramaldan hamı imtina edir, onun Federasiyada daşıdığı vəzifələri də əlindən alıblar. Ona görə yox ki, Federasiyada Ramalın pis əməlini qiymətləndirib onu cəzalandırıblar. Ona görə edirlər ki, özlərini qorusunlar. Yəni, “vallah, biz hamımız yaxşıyıq, sakit uşaqlarıq, Ramal pis idi və qovduq”. Məsuliyyəti öz üzərlərindən atırlar. Məgər biz bilmirik ki, Ramala o özgüvəni, arxayınlığı verən kim(lər)dir?!
Və bir də... Fuad Zeynalov da idmançıdır, ondan qorxduqlarına görə 4-5 nəfər üstündə hücum çəkib. Ramal özü tək çıxardı da onun qarşısına. Sadəcə qorxub. Yəqin ona kresloda oturub sifariş verməyin nə demək olduğunu da izah edəcəklər.
"Dia.az"
Aftv.Az
Döşək üstündə bayraq qaldıranların "lotu"luğu... - AXI NİYƏ?..
Gündəm
7, yan, 2025
14:18
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30