Mehriban Əliyeva Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

Gündəm
25, dek, 2024 12:23

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.
Aftv.Az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı "Instagram" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"

Son xəbərlər

İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30