Tanınmış idmançı, dünya çempionu və sahibkar Ələkbər Həbibov icarəyə götürdüyü obyektdən qanunsuz çıxarılmalarından şikayətlənib.
O, bu barədə haqqın.az-a şikayətində bildirib.
Uzun illərdir bizneslə məşğul olduğunu deyən sahibkar iddia edir ki, sahəsi 1000 kvadratmetrdən çox olan və uzun müddət istifadəsiz qalan obyektin təmiri, bərpası və möhkəmləndirilməsinə 2,5 milyon manata yaxın sərmayə qoyub. İndi mülk sahibi heç bir səbəb göstərmədən ondan dərhal binanı tərk etməyi tələb edir.
Külli miqdarda maddi itki ilə üzləşdiyini bildirən Həbibov qeyd edib ki, “Haven” restoranının yerləşdiyi mülkü 2017-ci ildən icarəyə götürüb:
“Obyektin faktiki sahibi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin sabiq rəisi İlqar Məmmədovdur, lakin obyekt rəsmi olaraq əmisi Mahmud Kərimovun adına rəsmiləşdirilib. Aylıq ödəniş 11 min manat olmaqla oranı icarəyə götürməyim barədə razılaşdıq. Bundan sonra binanın əsaslı təmirinə başladım”.
Restoranın yerləşdiyi bina 1896-cı ildə tikilib. Uzun müddətdir təmir olunmadığından yararsız vəziyyətə düşüb. Şikayətçinin sözlərinə görə, hətta bir dəfə binada yanğın da olub. Təmir-bərpa işləri 1 il 2 ay çəkib. Sahəsi 1000 kvadratmetrdən çox olan obyektin hazırkı vəziyyətə gətirilməsi üçün 2,5 milyon manata yaxın vəsait xərclənib.
Sahibkarın sözlərinə görə, tərəflər arasında icarə müqaviləsi 2018-ci ildə bağlanıb.
“İlkin olaraq müqavilə hər il yenilənmək şərti ilə bir il müddətinə imzalanıb. 2021-ci ildə icarə haqqı 15 min manata, 2024-cü ildə isə 18 min manata qaldırılıb. Eyni zamanda sərmayədən hələ ki, heç bir gəlir əldə etməməyimə baxmayaraq, sahibinə bir milyon manatdan artıq kirayə haqqı ödəmişəm”, - deyə Həbibov bildirib.
Sahibkar qeyd edib ki, icarə haqqının ödənilməsində gecikmə olmamasına baxmayaraq, əmlak sahibi gözlənilmədən binanın boşaldılmasını tələb edib.
“İlqar dedi: “Mənzilləri boşalt, nə varsa götür, get. Bu yer üçün başqa planlarımız var”. Digər işimi satdım, kredit götürdüm və bütün səyimi bu restoranı inkişaf etdirməyə sərf etdim. Restoran yaratmaq üçün çəkdiyim xərclərin heç olmasa, bir hissəsini kompensasiya etməyi xahiş etdim, lakin bu da rədd edildi. Restoranda ailələrini dolandıran 40-dan çox işçi çalışır. Restoranın bağlanması təkcə mənim üçün deyil, onlar üçün də zərbə olacaq”, - deyə Qabibov bildirib.
Sahibkarın sözlərinə görə, ev sahibinin tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra ona təzyiq göstərməyə başlayıblar. O, icarə müqaviləsinin müddətinin uzadılması vəsatəti ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
“İcarə müqaviləsində göstərilir ki, ona yalnız tərəflərin qarşılıqlı razılığı ilə xitam verilə bilər. Lakin mənim razılığım olmadan müqaviləni birtərəfli qaydada pozmaq istəyirlər ki, bu da tamamilə qanunsuzdur. Ona görə də məhkəməyə getdim. Müvəqqəti tədbirlərin görülməsi üçün ərizə verdim və xahişim təmin olundu”, - deyə sahibkar bildirib.
O əlavə edib ki, məhkəmənin qərarına əsasən, işin mahiyyəti üzrə yekun hökm çıxarılana qədər mülk sahibinin onu obyektdən çıxarmaq hüququ yoxdur. Lakin qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və yuxarı instansiya məhkəməsi Bakı Kommersiya Məhkəməsinin qərarını ləğv edib. Bundan başqa, qarşı tərəfin "Haven" restoranının fəaliyyətinin qadağan edilməsi ilə bağlı müraciəti təmin edilib.
“Bakı Apellyasiya Məhkəməsi faktiki olaraq mənim qanuni fəaliyyətlə məşğul olmağıma qadağa qoyub. Bu, mahiyyətcə, işin nəticəsini həll edir. Hazırda birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxıldığı üçün bu qərar tamamilə qanunsuzdur. Apellyasiya məhkəməsinin belə qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu, prosessual qanunvericiliyə və məhkəmə praktikasına ziddir. Üstəlik, bu, digər analoji işlərdə də qanunsuz və ədalətsiz qərarların verilməsi üçün presedent yaradır”, - deyə sahibkar bildirib.
O, cavabdeh şəxsin məhkəmə prosesinə qanunsuz müdaxilə etdiyini iddia edir: “İlqar Məmmədovun işin gedişinə qanunsuz təsir göstərmək üçün kifayət qədər geniş əlaqələri var. Məndə olan məlumata görə, işə baxan məhkəmədə iştirak edən hakim Elnur Həsənov İlqar Məmmədovla yaxın münasibətdədir. İşə rəsmi olaraq hakim Təranə Məmmədovanın sədrliyi ilə baxılsa da, hadisələrin gedişi göstərir ki, əslində prosesə Elnur Həsənov rəhbərlik edib”.
Həbibov hakim Həsənovun barəsində tədbir görülməsini tələb edir: “Mən prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova işə obyektiv və ədalətli baxılmasının təmin edilməsi xahişi ilə müraciət etmişəm. Hakim Elnur Həsənovun intizam məsuliyyətinə cəlb olunmasını xahiş edirəm. Onun qərarının qanuniliyini və əsaslılığını yoxlamaq lazımdır, çünki hesab edirəm ki, iş üzrə tamamilə qanunsuz və ədalətsiz qərar qəbul edilib. Mən bir sahibkar kimi hüquqlarımın bərpa olunmasını və bu özbaşınalığa son qoyulmasını istəyirəm”.
Qeyd edək ki, Həbibov 2009-cu ildə pankration üzrə (aqon növü) qızıl medal qazanmış dünya çempionudur. Hazırda peşəkar boksla məşğuldur. \\Bakupost.az
Aftv.az
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Gündəm
20, dek, 2024
11:20
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30