Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul edib. Xüsusilə maraq doğuran maddə hərbi xidmətkeçmə yaşı ilə bağlıdır. Belə ki, təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, həmin yaş həddi 18 yaşından 35 yaşına qədərdir.
Maraqlıdır, bəs hərbi xidmətkeçmə yaşının 30 yaşa endirilməsi ilə bağlı dəyişiklik təsdiq olunarsa, qanun 30 yaşını tamamlamış, lakin hərbi xidmət keçməmiş şəxslərə də şamil olunacaqmı? Yəni onların hərbi xidmətə çağırılması dərhal qüvvədən düşürmü? Həmçinin, qanuna əlavə dəyişiklik ola bilərmi? Məsələn, daha çox müzakirə edilən çağırış yaşının 18-dən 20-ə qaldırılması gözlənilirmi? Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda hərbi xidmətkeçmə yaşının 35-dən 30-a endirilməsi hər şeydən əvvəl ordumuzda aparılan islahatlarla – peşəkar ordunun yaradılması ilə bağlıdır:
“Bu qanun qəbul edildikdən sonra artıq hərbi xidmətə çağırış yaşı 35-ə qədər deyil, 30-a qədər mümkün olacaq. Qanun Milli Məclisdə təsdiqlənəndən sonra Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilərək qüvvəyə minmiş hesab olunur. Fərman imzalandıqdan sonra isə artıq qanun 30 yaşını tamamlamış və ondan yuxarı yaşda hərbi xidmətə çağırılmış bütün vətəndaşlara şamil ediləcək.
Yəni qanun qüvvəyə mindikdən dərhal sonra artıq 31, 32 və ümumiyyətlə 35 yaşa qədər olan bütün vətəndaşlarımıza şamil ediləcək. Hətta əgər bu vətəndaşlar hərbi xidmətdə olsalar belə, qanun qüvvəyə mindikdən dərhal sonra yararlı kimi tərxis olunacaqlar. Çünki onlar hərbi xidmətə yararlıdırlar, xidmətdə olublar, sadəcə, yeni qanuna əsasən, Prezidentin sərəncamı ilə müddətdən əvvəl hərbi xidmətdən tərxis olunurlar. Ona görə də düşünürəm ki, bu, müəyyən yaş həddində olan vətəndaşlarımızın xidməti ilə bağlı xüsusi şərtlər formalaşdırmaqla ordu komplektləşməsində yeni keyfiyyət mərhələsi yaradacaq”.
“Bu qanunun üçüncü oxunuşunda hər hansı bir dəyişikliyin edilməsi gözlənilmir. Çünki adətən, istənilən qanun layihəsi birinci oxunuşda ümumi kontekstdə təhlil olunur. İkinci oxunuşda birbaşa mətndə dəyişikliklər zərurəti varsa, təklif olunur və qanunvericilik subyekti ilə razılaşdırılaraq bu dəyişikliklərin edilib-edilməməsinin mümkünlüyü nəzərdən keçirilir. Bəzən zərurət yaranarsa, belə dəyişikliklər edilir, bəzən isə edilmir. Üçüncü oxunuş isə son oxunuş olduğuna görə artıq qanunun qəbul edilməsi mərhələsi hesab olunur. Bu baxımdan, hesab edirəm ki, üçüncü oxunuşda hər hansı bir dəyişiklik gözlənilmir”, – deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, sözügedən qanun layihəsində çağırış yaşının 18-dən 20-yə qaldırılması qanun layihəsində yoxdur və bu məsələ aktual olmadığı üçün bu gün müzakirə edilmir:
“Məlumdur ki, 18 yaşında artıq gənclərimiz orta məktəbi bitirir və təhsilin növbəti – ali mərhələsinə keçən gənclərimiz hərbi xidmətdən müvəqqəti olaraq fasilə götürmüş olurlar. Ancaq belə bir hüquq qazanmayan gənclərimiz ordu sıralarına cəlb olunurlar. Əgər bu yaş 18-dən 20-yə qaldırılarsa, o zaman iki il müddətində gənclərin məşğuliyyəti ilə bağlı və yaxud onların cəmiyyətdə faydalı iş əmsalının səmərəli təşkili ilə bağlı problemlər yarana bilər. Amma indiki halda 18 yaşından sonra ali təhsil hüququ qazanan gənclərimiz ali təhsil müəssisələrinə, qazana bilməyən gənclərimiz isə ordu sıralarına cəlb olunurlar.
Əslində, gənclərimiz bu situasiyada iki ili qazanmış olurlar. Çünki hərbi xidmətdən sonra yenidən ali təhsil almaq və yaxud cəmiyyətin digər institutlarına inteqrasiya olunmaq üçün fürsət əldə edirlər. Bu, yaxşı haldır ki, zamanla bağlı heç bir fasilə yaranmır. Əgər yaş həddi 18-dən 20-yə qaldırılarsa, iki il qeyri-müəyyən zaman meydana çıxır ki, bu da həmin yaş dövründə gənclərin faydalılıq əmsalına mənfi təsir göstərə bilər. Bu isə ictimai maraqlarımız baxımından doğru olmazdı”.
Aftv.az
Hərbi xidmətlə bağlı mühüm açıqlama: Yaşı 30-dan artıq olan şəxslər tərxis olunacaqlar
Gündəm
19, dek, 2024
13:07
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30