Bunu icra başçısının yurduna sədaqəti adlandırmaq olarmı?
Söhbət Xəzər rayonunun hazırkı gənc icra Elşən Salahovdan gedir.
DogruXeber.az: - Adam Xəzər rayonunun Buzovna qəsəbəsində doğulub, böyüyüb, əli iş tutduqdan və bir müddət müxtəlif sahələrdə çalışdıqdan sonra, Xəzər rayon icra hakimiyyətində təsərrüfat işləri üzrə müdür təyin olunub, az müddət bu vəzifədə çalışdıqdan sonra 2018-ci ilin sentyabr ayının 5-də başçının müavini vəzifəsinə təyin olunub, 5 il müavin işlədikdən sonra, icra başçısı vəzifəsindən azad edilib. Onun vəzifələrini 5 ay müvəqqəti icra edən bu cavan oğlan, 2019-cu il fevral ayının 5-də Xəzər rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Bütün bunlara nəzər salanda "5" rəqəmi Salahovun uğurlu rəqəmi hesab etmək olar, amma dönüb-dolanıb məhz Xəzər rayon rəhbərliyində özünə yer eləməsini "yurda sədaqət" adlandırmaqda tərəddüd edirik.
Təsərrüfat müdirliyindən başçının müavini kürsüsünə, ordan da doğulduğu rayonun rəhbəri kürsüsünə...
Çox maraqlı təkamül prosesi.
Görünür Elşən Salahov icra hakimiyyətindəki stajı dövründə rayonu tam dərindən öyrənərək, kök salıb. Hətta, market direktoru olan və onun vəzifə yüksəlişində "əli cibində" arxasında dağ kimi duran atasını da həmin rayonun Ağsaqqallar şurasının sədri olaraq gətirməyin "uğurlu xəritəsini" çəkməyi bacarıb. Üstəlik Korrupsiya ilə həbs edilən keçmiş təsərrufat müdiri Tural Zeynalovu həbsdən azad etdirəcək qədər sözüötərli olduğu da yerli mediaya bəllidir.
Əlqərəz...
"DogruXeber.az" olaraq, vurğulayırıq ki, bizim nə kimsənin taxt-tacında gözümüz, nə də kimsə ilə şəxsi qərəzimiz yoxdur. Amma, insanın doğulub böyüdüyü doğma yurdun problemlərinə laqeyd, ərazilərinə gəlir mənbəyi kimi baxması və qanunları maraqlarına uyğun idarə etməsi heç də sədaqət göstəricisi sayılmır.
Paytaxt Bakının Sabunçu və Suraxanıdan əlavə ən çox qanunsuz tikintilərin aparıldığını rayonlarından biri də Xəzər rayonudur.
Rayonun Buzovna və Binə qəsəbələri sənədsiz tikilmiş yaşayış evləri ilə "zəngindir". Həmin sənədsiz inşa edilmiş o, qanunsuz evlərin saf sahiblərinə özlərinin də dediklərinə görə icra hakimiyyəti tərəfindən verilmiş vəd var - "Ölkə başçısının sərəncamı var, sənədsiz evlərin hamısı zamanla sənədləşdiriləcək".
Amma, taa müavin olduğu vaxtlardan gözünü yumub qanunsuz tikinti aparmaq üçün icra hakimiyyətinin iznini istəyən hər kəsə "nəzrini alıb xeyir-dua verdiyi" deyilən Elşən Salahov yəqin önəmli olmadığı üçün həmin qəsəbələrin sakinlərinin problemləri barədə heç bir plan qurmayıb. Elə bu səbəbdəndir ki, bir balaca yağış yağan kimi bu qəsəbələrdə Bakı meri Eldar Əzizov demişkən, "normadan artıq" kimi gözə çarpır. Çünki, sözügedən ərazilərdə kanalizasiya sistemi, yollar və sair düzgün tənzimlənməyib. Ona görə də yarım saatlıq, bir saatlıq yağan yağışlar bu cür fəsadlara səbəb olur.
Görüntüləri izləmək üçün VİDEO sözünə toxunun.
Torpaq istəyən vətəndaş qarşısına gələn kimi "barmağına tüpürüb pul saymağa hazırlaşan" bələdiyyə sədrlərinin də icra başçılarının qeyri-rəsmi əmrlərinin icraçıları olduqları kimsəyə sirr deyil. Amma, yağış sularının yaratdığı fəsadların əsəbində və məyusluğun qəhərində boğulan sadəlövh sakinlər gileylərini məhz torpağı onlara satan "makler" bələdiyyə sədrlərinə edirlər.
Təbii ki, bələdiyyə sədrləri də belə məsələlərdə günahsız mələk deyillər, amma onlar tək deyillər.
Onu da vurğulamaq yerinə düşər ki, yağış yağan kimi paytaxtın istənilən ərazisində yaşanan bu kimi problemlər rayon rəhbərliyi qədər, Dövlət Su Ehtiyatları Agentliyi və Fövqəladə Hallar Nazirliyinin də məsuliyyətsizliyi sayılır.
Qeyd edək ki, yuxarıda ötəri toxunduğumuz Xəzər rayonu ərazisindəki qanunsuz tikintilərlə bağlı araşdırma yazı və real görüntüləri qarşıdakı günlərdə təqdim edəcəyik.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
Aftv.az
Adında boğulan Xəzərin bitməyən problemləri.... - VİDEO
Gündəm
13, dek, 2024
17:24
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30