Dünən Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Bakupost.az xəbər verir ki, Ş.Şahbazov məhkəmə iddiasında işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib. O, məhkəməyə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə bağlı bir sıra qanunazidd faktlar təqdim edib və onların nəzərə alınaraq, işin prokurorluğa göndərilməsini xahiş edib.
Hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ş.Şahbazovun vəkili Asim Abbasov bir sıra ciddi ittihamlar irəli sürüb. O, hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəm olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edib.
Vəkil Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistematik şəkildə yeyintilərin olduğunu bildirib:
"İlqar Qasımov nazir müavini ola-ola hələ də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu nəzarətdə saxlayır. Onun xidməti avtomobili hər həftə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həyətində olur. Bu, təsadüfi deyil. Orada müəyyən haqq-hesablar gedir. Səhiyyə nazirinin müavini İlqar Qasımov hətta endoprotez əməliyyatlarında şəxsən iştirak edir. Halbuki, nazir müavini qanuna görə, iş vaxtı Nazirlikdə olaraq aidiyyatı vəzifəsini icra etməli idi. Söhbət 6-7 rəqəmli məbləğlərdən gedir. İlqar Qasımov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna rəhbərlik etdiyi vaxtlarda qoyduğu qayda-qanunlar qanuna zidd olduğu üçün İlqar Qasımovdan sonra orada direktor vəzifəsində çalışan heç kim 1 ildən artıq işləyə bilmir. Talışinskidən əvvəlki direktor öz ərizəsiylə işdən ayrılıb. Çünki ona diktə edilən qanunsuzluqlarla razılaşmırdı. Bundan sonra səhiyyə nazirinin müavini İlqar Qasımova yaxın adamlar oraya yerləşdirilib ki, öz çirkin əməllərini icra edə bilsin. Şamil Şahbazov isə yeyintilərə və qanunsuz tenderlərə razılıq verməyib".
A.Abbasov xəstəxana üçün avadanlıq və ləvazimatların alınması zamanı qanunsuzluqlara yol verildiyini də iddia edib:
"Müəssisəyə endoprotezlər qanuna uyğun olaraq tender keçirilərək alınmalıdır. Amma bu alışlar tender keçirilmədən baş tutub və bunun müqabilində hər ay təxminən 50-60 xəstəyə protez əməliyyatı edərək bunun müqabilində 150-200 min manat İcbari Tibbi Sığortadan, üstəlik 1000-2000 manat aralığında da vətəndaşlardan pul alınır. 2024-cü ilin ilk 10 ayı tender baş tutmadan bu əməliyyatlar hər ay olunub. Lakin bizdə olan məlumatlara görə, 10-cu aydan satınalma prosedurları ciddi şəkildə pozularaq öncədən sövdələşdirilmiş şirkətlə təxminən 400 min AZN bahasına 1.200.000 manata müqavilə bağlanmışdır.
İddiaçının vəkili əlavə edib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 25-30 min AZN rəsmi əmək haqqı alan, ancaq heç bir elmi dərəcəsi və ya xaricdə təhsili olmayan həkim var. Necə olur ki, illərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bu qədər alim və peşəkar həkim-mütəxəssislər olduğu halda endoprotez əməliyyatını İlqar Qasımovun köməkçisi olmuş hazırkı baş həkim Nizami Məmmədov və köməkçisi icra etməlidir? Burdan da görünür ki, İlqar Qasımov direktor olduğu gündən bu günə kimi endoprotez əməliyyatını o, və köməkçisi Nizami Məmmədov icra edir. Bunun müqabilində hər ay 25-30 min rəsmi, 70-80 min qeyri-rəsmi məbləğ əldə olunur və bu, onlar arasında bölünür. Bunların əməllərinə mane olan hər kəs ya ərizə ilə, ya da şərlənərək işdən uzaqlaşdırılır.
Xəstəxanada adları gedən, amma heç vaxt işə gəlməyən şəxslər var. Maaş kartları isə başqa şəxslərdədir. Bundan başqa, liftdə ciddi problemlər var, lakin tədbir görülmür. Onlar ancaq büdcədən pul silməklə məşğuldur".
Daha sonra məhkəmədə cavabdeh tərəfin vəkili Elgiz Məmmədova söz verilib. O, Ş.Şahbazovun işdən çıxarılması haqda danışıb və onun öz vəzifə səlahiyyətlərini aşdığını, rəhbərlik tərəfindən işçilərə qarşı davranışlarının bəyənilmədiyini bildirib.
Cavabdeh tərəfin vəkili Ş.Şahbazovun xəstəxananın xidməti maşınından şəxsi məqsədlər üçün istifadə etdiyini, xəstəxanaya qoyulan kofe aparatından gələn gəliri mənimsədiyini iddia ediblər.
Bu ittihamlara cavab verən Ş.Şahbazov bildirib ki, xidməti maşından yalnız iş üçün direktorun göstərişi ilə istifadə edib və qarşı tərəfin iddialarının əsaslandırması üçün heç bir sübut yoxdur:
“Kofe aparatı isə mən orada işləməzdən əvvəl qoyulmuşdu və xidmətin yüksək səviyyədə təşkilinə xidmət edir, qazancı isə xəstəxanaya çatırdı".
Məhkəmə prosesi bu gün davam etdiriləcək.
Aftv.az
"Travmatologiya İnstitutunda ciddi yeyinti var" - Keçmiş şöbə müdirindən sensasion iddialar
Gündəm
13, dek, 2024
12:31
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00