Elm və təhsil naziri Emin Əmrullayev babat açıqlama verib. Mövzu məktəblərdə rüşvətdir. Nazir deməyib e, rüşvət yoxdu, ola bilməz, zad. Deyib ki, orta məktəblərdə sistematik rüşvət yoxdur. Yəni bu o deməkdir ki, var, amma sistemləşdirməmişik.
Rüşvəti sistemləşdirmək nə deməkdir? Yəni rüşvət məsələsi məktəblərdə səsə qoyulmalı, nazirliyə təqdimat göndərilməli, nazir baxıb, qərar verməli və məktəbdə rüşvət qanuniləşdirilməlidir? Yoxsa rüşvət məsələsi dərsliklərə salınmalıdır? Bu nə açıqlamadır? Məntiqi nədir? Nə demək istəyib cənab nazir?
Hələ açıqlamanın ardı da var. Cənab Əmrullayev deyib ki, Azərbaycanda 4400 orta məktəb var, bəs hamısına bir-bir nəzarət edə bilmirik. Gülünc açıqlamadı, ya yox?
Nə edək, indi orta məktəblərin idarə olunması üçün əlavə qurum da yaradaq? Bu, ölkənin səhiyyə sistemidir ki, bölünsün, yarısı Səhiyyə Nazirliyinə, yarısı TƏBİB-ə verilsin? Bəlkə orta məktəblərin bir hissəsini Kənd Təsərrüfatı Nazirliyinə versinlər? Baxma da, Kənd Təsərrüfatı Nazirliyinin çöllərdə, bölgələrdə əməkdaşları çoxdur, məktəblərə də bir-bir nəzarət edərlər. Təhsil Nazirliyinin əməkdaşları azdır, məktəblərə adambaşına bir nəzarətçi təyin edə bilmirlər. Yazıqlar hər məktəbə cəmi bir direktor, 4 direktor müavini, bir təşkilatçı təyin edib ki, onlar da dərs “yükü”nü çəkə bilmirlər. Ona görə də rüşvətə nəzarət etməyə kadr tapılmır.
Mən, iraq olsun, nazirin yerində olsam, orta məktəbdə direktora rüşvət üzrə də bir müavin ştatı yaradardım. Müavinlərdən biri tədris üzrə, biri tərbiyə üzrə, biri kütləvi tədbirlər üzrə, biri təsərrüfat üzrə məşğul olanda, biri də rüşvət üzrə işləyərdi. Yoxsa, başqa cür çatdırmaq olmaz. Bir müavin bir işlə məşğul olar da, bir neçə işlə düz gəlmir axı. Emin müəllim də əslində bunu demək istəyib e, amma camaat bunu anlamır.
Məncə düşünməyə dəyər. Orta məktəblərdə pul yığımının qarşısını başqa cür almaq olmaz. Yığım da bir istiqamətdə deyil ki... Yenə bir istiqamətdə olsa, cəhənnəmə, birinə tapşırarsan, öhdəsindən gələr. Yoxsa fon pulu, süpürgə pulu, təmir pulu, pərdə pulu, zibil pulu, jurnal pulu, tədbir pulu, direktorun ad günü pulu, müavinləri toy pulu, pulu, pulu, pulu....
Belə bir çoxşaxəli hadisələr içərisində bunların hansının qarşısını ala bilərsən? Təbii ki, olmaz! Bir az insafla düşünək də. Nazir bir nəfər, məktəb 4400. Hər məktəbdə də 1000 nəfərə yaxın şagird. Buna nazir dözər? Dözməz!
Samir Əli - TNS.az
Aftv.az
Məktəb direktorunun sistematik rüşvət üzrə müavini... - Nazirin açıqlamasına sözardı
Gündəm
11, dek, 2024
16:44
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00