“Gənclər evi” Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş, inzibati ərazi vahidlərində əhalinin sayı nəzərə alınmaqla, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa edilmiş və gənclər siyasətinə aid sahələrdə fəaliyyət göstərən sosial xidmət müəssisəsidir.
“Gənclər evi” Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan, tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən qeyri-kommersiya hüquqi şəxsdir. “Gənclər siyasəti haqqında” qanuna uyğun olaraq gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə “Gənclər evi” sosial xidmət müəssisələrinin şəbəkəsi yaradılıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tabeli “Gənclər Evi” Sosial Xidmət Müəsissələrinin rayonlarda yerləşən şöbələri maşın və avadanlıq (kompüter,videokamera və s.) satın alınması üzrə kotirovka sorğusu keçiriblər.
“Biləsuvar Gənclər Evi” Sosial Xidmət Müəsissəsi tərəfindən maşın və avadanlıq (kompüter,videokamera və s.) satın alınması üzrə keçirilmiş kotirovka sorğusu prosedurunun qalib “GRESER LUX TECHNOLOGY” MMC seçilib və şirkət ilə 22.966,30 AZN dəyərində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur.
Bu məlumat ətrafında araşdırma apardıq. Məlum oldu ki, “GRESER LUX TECHNOLOGY” MMC ilə 22.966,30 manat “Yevlax Gənclər Evi”, 22.966,30 manat “Mingəçevir Gənclər Evi”, 22.966,30 manat “Şəmkir Gənclər Evi”, 22.966,30 manat “Beyləqan Gənclər Evi”, 22.966,30 manat “Füzuli Gənclər Evi”, 22.966,30 manat “Sabunçu Gənclər Evi”, 22.966,30 manat “Balakən Gənclər Evi”, 22.966,30 manat “Ucar Gənclər Evi”, 22.966,30 manat “Suraxanı Gənclər Evi”, 22.966,30 manat “Qobustan Gənclər Evi”, 22.966,30 manat “Sumqayıt Gənclər Evi”, 22.966,30 manat “Göygöl Gənclər Evi”, 22.966,30 manat “Siyəzən Gənclər Evi”, 22.966,30 manat “Gəncə Gənclər Evi”, 22.966,30 manat “Kürdəmir Gənclər Evi”, 22.966,30 manat “Bakı Gənclər Evi”, 22.966,30 manat “Göyçay Gənclər Evi”, 22.966,30 manat “Saatlı Gənclər Evi”, 22.966,30 manat “Tovuz Gənclər Evi” , 22.966,30 manat “Sabirabad Gənclər Evi”, 22.966,30 manat “Şirvan Gənclər Evi”, 22.966,30 manat “Qazax Gənclər Evi”, 22.966,30 manat “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəsissələri arasında satınalma müqavilələrinin bağlanılması planlaşdırılır.
Bəs bir şirkətin bir nazirliyə tabeli müəssisələrin keçirdiyi kotirovka sorğularının qalibi olmasına qanunlar necə, yol verirmi? Qanun bəzi istisnalardan başqa istənilən şirkətin istənilən satınalmalarda iştirakına yol verir. Qanunla satınalmalarda iştirakçı şirkətlərin sayı üçdən az olmamalıdır. Bəs necə ola bilər ki, Gənclər və İdman Nazirliyinə tabeli “Gənclər Evi” Sosial Xidmət Müəsissələrinin keçirdikləri kotirovkaların hamısında qalib məhz “GRESER LUX TECHNOLOGY” MMC seçilir? Hansı üstünlüklərinə görə bu şirkət qalib seçilir. Bu satınalmalarda bu şirkətlə rəqabət apara biləcək şirkət heç iştirak etmirmi?
Maraqlı orasıdır ki, on ildən çoxdur ki fəaliyyət göstərən, Gənclər və İdman Nazirliyinə tabeli “Gənclər Evi” Xidmət Müəsissələrinə kompüter, videokamera avadanlığı satan “GRESER LUX TECHNOLOGY” MMC-nin açıq internet axtarış sistemlərində nə bir sosial şəbəkə hesabı, nə də veb səhifəsi var. Həmçinin də MMC-nin qanuni təmsilçisi Rüstəmli Elçin Rüstəm oğlunun barəsində heç bir məlumat yoxdur.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GRESER LUX TECHNOLOGY” (VÖEN: 1002940911) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.05.2013-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 4 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, SÜLEYMAN SANİ AXUNDOV, ev 2, MƏH.3123, m. 51, qanuni təmsilçisi kimi isə Rüstəmli Elçin Rüstəm oğlu qeyd olunub.
Satınalmaların internet portalına yerləşdirilimiş bu məlumatlardan da görsəndiyi kimi “GRESER LUX TECHNOLOGY” MMC son iki gün ərzində Gənclər və İdman Nazirliyinə tabeli 20-dən çox “Gənclər Evi” Xidmət Müəsissələrinin keçirdiyi kotirovkaların qalibi seçilib və ümumi dəyəri 500 min manatdan çox olan satınalma müqavilələri bağlamağı nəzərdə tutur.
Burada ya Gənclər və İdman Nazirliyinə, ya da tabeliyindəki “Gənclər Evi” Xidmət Müəsissələrinin hər hansı birinə sorğu yazsaq, hamısı cavab verəcək ki, kotirovkalar elektron qaydada, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilib, heç bir qanunsuzluğa yol verilməyib. Əlavə malumatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən əldə edə bilərsiniz.
Odur ki, sualımız Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmilərinədir. Gənclər və İdman Nazirliyinə tabeli “Gənclər Evi” Xidmət Müəsissələrinin hamısının bir şirkəti qalib seçməsində şəffaflıq varmı? Əlbəttə, yoxdur. Bu azad rəqabətin açıq şəkildə pozulması deməkdir. Burada şəffalıqdan əsər-əlamət belə yoxdu.Bu inhisarçılıqan başqa bir şey deyil. Bu satınalma deyil, bu Gənclər və İdman Nazirliyinin rəsmilərindən birinin sifarişinin icrasıdır.
Aktualinfo.org
Aftv.az
“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir
Gündəm
10, dek, 2024
12:40
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30