İllərdir Bakıda demək olar bütün tenderlərin qalibi kimi məşhurlaşan iş adamı haqqında mediada tənqidi yazılar yazılır, fikirlər səslənir. Reallıq. Tv -yə daxil olan məlumatda qeyd olunur ki, Bakı şəhər İcra hakimiyyətinin və nazirliklərin dəstəyi ilə iri layihələrə ayrılan vəsait məhz həmin iş adamına həvalə edilir. Görülən işlərlə bağlı dəqiq olan məlumat odur ki, dövlət büdcəsindən ayrılan milyonların böyük faizi mənimsənilir.
Bəs hamının tanıdığı dövlət büdcəsini saxta adlarla talayan bu milyonçu iş adamı kimdir?
Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən illər ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri “tender kralı” kimi tanınan iş adamı Hacı Ramazan Mirzəyev hesab olunur. Ölkə mətbuatında Ramazan Mirzəyevin müxtəlif sahələrdə tenderləri udan onlarla, bəlkə də yüzlərlə şirkətinin adı açıqlanıb və bu şirkətlərin tenderləri udması bir qayda olaraq qanun pozuntusu ilə müşahidə olunub. Buna baxmayaraq Ramazan Mirzəyev hələ də ölkənin ən çox tender udan sahibkarı olmaqda davam edir.
Bir qayda olaraq dövlət satınalmalarında iştirak edib. Qalib gələn MMC-ləri heç kimin tanımadığı adamların adına açır. Bəzən isə həmin adamlar özləri də bizneslə məşğul olduqlarını və bahalı tenderlərin qalibi olduqlarını bilmirlər. Bəzən isə Ramazan Mirzəyevə məxsus olan onlarla şirkət eyni ünvanda fəaliyyət göstərir.
Nə hikmətdirsə, illərdir dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış aparılan zaman da hansısa ciddi bir məlumata rast gəlmək mümkün deyil. Bu şirkətlərin nə rəsmi ünvanları, ofisləri, nə də sosial şəbəkələrdə hesabları var. On minlərlə manat dəyərində tenderlərin qalibi olan şirkətlərlə isə əlaqə saxlamaq mümkün deyil. Çünki heç yerdə bu şirkətlərin əlaqə məlumatıarı yoxdur.
İş adamı böyük tenderləri “VEST-LTD” QSC ilə “İnpeks.N.” MMC şirkətləri ilə udsa da, digər kiçik satınalmalarda isə, əsasən, 10 manatlıq MMC-lərini işə qoşur.
Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə sahib olması ilə bağlıdır.
Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2024 cü illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.
Sual olunur - Ramazan Mirzəyevə niyə bu qədər şərait yaradılır və dövlət vəsaitlərini mənimsəyən bu şəxs barədə niyə tədbirlər görülmür? Cavab sadədir - Ramazan Mirzəyev yuxarılar tərəfindən himayə olunmaqla yanaşı ona tender qazandıran qurumlarla şərikli mənimsəmələrdə iştirak edir. Əks təqdirdə bu şəxsin qara gözü, qara qaşı digərlərindən fərqlənmir. Reallıq. Tv - araşdırmalarından məlum olur ki, Ramazan Mirzəyevə məxsus şirkətlər son 10 il ərzində milyardlarla vəsaiti tenderlərdə qazanıb. Bu vəsaitlərin çox hissəsi isə iş adamı tərəfindən mənimsənilib. Onu da qeyd edək ki, Ramazan Mirzəyev Neftçala, Masallı və digər rayonlarda böyük biznes şəbəkəsinə sahibdir.
Ramazan Mirzəyevin digər qanunsuz əməlləri ilə bağlı araşdırmalarımız davam edir.
Yuxarıda qeyd olunan iddialarla bağlı Ramazan Mirzəyevlə və ona bağlı olan şirkətlərlə əlaqə saxlamağa çalışsaq da heç bir əlaqə məlumatı tapa bilmədik. İddialarla bağlı Ramazan Mirzəyevin və ona bağlı olduğu iddia edilən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.
Aftv.az
"Tender kralı" Ramazan Mirzəyev kimdir? - Dövlətin milyonları necə talanır?
Gündəm / Cəmiyyət / Video
6, dek, 2024
13:03
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30