Əsgərin ölümünə görə baş leytenant HƏBS EDİLDİ

Gündəm / Araşdırma
29, noy, 2024 16:28

 Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq O.Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, H.Orucov noyabrın 9-da dünyasını dəyişib. Rəsmi məlumatda onun odlu silahdan açılmış atəş nəticəsində öldüyü qeyd edilib. (Bakupost.az)

Əsgərin ölümünə görə baş leytenant HƏBS EDİLDİ

Aftv.az

Son xəbərlər

İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30