Hərbi ekspert Ədalət Verdiyevin həbsi - xüsusilə onun hərbi sirr hesab olunan bir məlumatı yayması səbəbindən – sensasiyadırmı?
Tərcümeyi-halına baxın: 7 noyabr 1969-cu ildə anadan olub, 1986–1990-cı illərdə Almatı Ali Ümumqoşun Komandirlər məktəbində ali-hərbi təhsil alıb, Rusiya ordusunda 2 il xidmət edib, 1992-ci ildə ölkəmizə qayıdıb, Azərbaycan Ordusunun hərbi mütəxəssisi olaraq texniki, mühəndislik və kəşfiyyat kimi əsas hərbi sahələrdə peşakar təcrübəyə sahibdir.
“Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, İsrail, Gürcüstan, Fransa, İtaliya, İngiltərə və s. ölkələrin silahlanmasında mövcud olan bir çox silah sistemlərinə aid araşdırma yazıları vardır. Qarabağ ərazisində aparılan döyüş əməliyyatlarının araşdırılması və yeni döyüş metodlarına dair tədqiqatları mövcuddur”, - biaoqrafiyasında yazılır.
Yüksək statusu da var: Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi, ehtiyatda olan zabit!
Yəni adam gənc deyil – 55 yaşını adlayıb; savadsız deyil – yüksək təhsil alıb; təcrübəsiz deyil – illərə dayanan peşəkarlığı var.
Dövlət televiziyasından müstəqillərə, internet kanallarından sosial şəbəkə platformalarındakı debatlara, qəzetlərdən saytlara, agentliklərə qədər – hər yerdə fikri öyrənilən peşəkardır.
Bütövlükdə media xüsusilə həssas məqamlarda onun rəyinə üz tutub, sözlərini mötəbər sayılıb, onun məsləhətinə ehtiyac duyub.
İşğaldan azad edilən ərazilərə MN-dən MN-ə (Müdafiə Nazirliyində Mədəniyyət Nazirliyinə) qədər, bütün rəsmi dövlət qurumlarının (az qala) təşkil etdikləri “tur”larda başda yer alıb.
Və birdən, heç gözlənilmədən onun həbsi haqda məlumat yayılır. Məlum olur ki:
“İstintaqla işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib”.
Yəni rəsmi qurumların da etibar etdiyi şəxsdir və o, məhz mediatur zamanı hərbi sirr sayılan məlumatları çəkib-yayıb.
Əslində sensasiya sayıla bilərdi: bir hərbi-ekspert, ixtisaslı peşəkar kadr necə bir sirri yaymalıdır ki, onun haqda həbs qərarı verilmə qaçılmazlığı yaransın?
Amma sensasiya deyil qətiyyən! Bu, ümumilikdə cəmiyyətin problemidir.
Onillərdir müstəqilik, bizim peşəkar, müstəqil, erudisiyalı, həddən artıq informasiyalı, regionu və dünyanı təhlil etmək, yazmaq, baş verən proseslərə anında reaksiya vermək, sosial şəbəkələrdə gedən prosesləri yönəltmək qabiliyyətinə malik nə qədər iqtisadçı, siyasətçi, politoloq, hərbi ekspert, sosioloq, psixoloqumuz var? Hansılarının fikri mötəbərdir, güvənilirdir, xarici ölkə mediası regional məsələlərdə onların rəyini öyrənməyi vacib sayır?
Avropa demirəm, hansı rus, gürcü kanalları, mediası bizim neçə politoloqumuz, iqtisadçımız, hərbi ekspertimizlə əməkdaşlıqdan qürur duyur?
Biz xalq olaraq yetkinik, döyüşçüyük, istedadlıyıq – qəti şübhə etmirəm. Bəs hanı bizim son 30 ildə yetişdirib ortaya çıxardıqlarımız?
Hələ bunlarla da kifayətlənməyin – yazıçısını, şairini, rəssamını, filosofunu... da əlavə edin!
Xırda, bir əlin barmaqları sayda istisnalarla, kim gəldi ağlınıza?
Normal bir siyahı hazırlaya bilməzsiniz!
Çünki ağıllı fikrə, düşüncəyə yox, söyüşə, təhqirə, əxlaqsız sözlərə qulaq asır, dinləyirsiniz!
Çünki sizin üçün baxşəliyevlərin şousu hər şeydən ucadadır – onların baxış reytinqi aşağı düşmür ki, kanallar o səviyyəsiz verilişləri proqramdan çıxartsın!
O qədər şouya meyillisiniz ki, bu ölkənin normal gənc yazarı da sizə xoş gəlmək üçün şoumenlik edir, hərbi eksperti də şounun şitinə qaçır!
Bu ölkənin normal imkana malik şəxsləri LGBT-çiyə “şir” atır;
Bu ölkənin normal imkanlı şəxsləri böyük istedadların arxasında durmur, əksinə, nəyə görəsə dodağı silikonluları “müğənni” adıyla efirə dürtüşdürmək üçün var-yoxunu xərcləyir...
Nəticədə hər yerdə qeyri-peşəkarlıqla üz-üzəyik: istər mediası olsun, istər iqtisadçısı, istər politoloqu... – nadir istisnaları çıxmaqla.
Gör nə günə qalmışıq ki, ölkənin ciddi media adına iddia edən qurumları belə “başına sərçə qonacaq bürclərlə” ayaqda qalmaqdan utanıb yerə girmir!
Sizlər o səviyyəsizlərin utanmadan ortada gəzməsinə şans tanıyırsınız: çünki onları izləyirsiz, onlara qulaq asırsınız, onların olmayan səsi ilə oxuduqlarına feyziyab olursunuz...
Bu səviyyəsizləri blok etmirsiniz, silmirsiniz, əksinə, “məzə üçün” məntiqi ilə dolayı dəstək verirsiniz!
Dünyanın müxtəlif ölkələrində erməni milyonçular milli ideyalara görə milyonlar xərcləyəndə bizim varlılar xaricdən baboşlara maşın göndərir!
Onillərdir bu ölkənin fikir mərkəzlərinin qurulması, orda kadrların yetişdirilməsi üçün nə etmişik? Dövlətin açıq-gizli o istiqamətə ayırdığı vəsaitlər hara sovrulub?
Bu ölkənin rəsmi və qeyri-rəsmi kanallarında “meydan sulayan” politoloqu belə Rusiya casusu çıxırsa, hərbi ekspert hərbi sirri yaydığını bilmirsə, artıq dayanmaq lazımdır! Biz hara gedirik axı? Bu düşüncə, bu yaşam tərzi, bu baxışla hədəfimiz nədir?
Necə yəni bir tiktoker onu təhqir etdiyinə görə ayaq öpdürür? Ümumiyyətlə, niyə təhqir edirsiniz ki bəyənmədiyiniz insanları?!
Axı heç bir qonşumuzun ictimai-sosial-virtual həyatında bunlar yoxdur!
Axı heç bir qonşumuzun sosial şəbəkələrində bu qədər aşağı səviyyəli, vulqar, təhqiramiz ifadələrlə bir-birinə kin püskürmək yoxdur!
Yəqin siz də görürsünüz ki, heç nə düz deyil, heç nə yolunda getmir – bir azdan bir düz-əməlli hərbi, siyasi, iqtisadi ekspert, bir normal media tapa bilməyəcəyik təbliğat üçün!
Hər yer baboşlaşacaq!
Həyəcan üçün bizə daha nə lazımdır ki?!
Daha nə baş verməlidir ki, biz belə getməyəcəyini anlayaq?!
Katarsis lazımdır - əgər cəmiyyət özü ləpələnib, özünü təmizləyə bilmirsə, onda yuxarıdan başlamalıdır bu proses.../axar.az/
Aftv.az
Ədalət Verdiyev əslində niyə həbs olundu?
Gündəm / Araşdırma
26, noy, 2024
11:51
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30